Azərbaycanda uşaq hüquqlarının qorunmasında yeni mərhələ
20.04.2026 [17:57]
Bir dövlətin gələcəyə münasibətini ən aydın göstərən meyarlardan biri onun uşaqlara yanaşmasıdır. Uşağın təhlükəsizliyi, təhsili, sağlamlığı və ləyaqətinin necə qorunduğu əslində həmin cəmiyyətin hansı dəyərlər üzərində qurulduğunu ortaya qoyur. Azərbaycan Respublikasında 2026-cı il 3 mart tarixində qəbul edilən yeni “Uşaq hüquqları haqqında” Qanun da məhz bu baxımdan təkcə hüquqi sənəd deyil, dövlətin gələcək nəsillərə verdiyi strateji təminat kimi qiymətləndirilməlidir.
Bu qanun bir daha göstərir ki, müasir Azərbaycan dövlət siyasətində uşaq məsələsi yalnız sosial mövzu deyil, milli inkişaf strategiyasının əsas sütunlarından biridir. Burada söhbət yalnız hüquqların kağız üzərində sadalanmasından getmir, söhbət uşağın həyatının bütün mərhələlərini əhatə edən sistemli dövlət yanaşmasından gedir.
Yeni qanunun ən diqqətçəkən tərəfi “uşağın üstün mənafeləri” prinsipinin əsas xətt kimi müəyyən olunmasıdır. Bu, o deməkdir ki, dövlət orqanlarından təhsil müəssisələrinə, ailədən cəmiyyətə qədər qəbul edilən bütün qərarlarda uşağın rifahı, təhlükəsizliyi və inkişafı əsas meyar olmalıdır. Müasir hüquqi dövlət məhz belə qurulur: ən həssas təbəqənin hüquqları önə çəkilməklə.
Xüsusilə uşaqlara qarşı zorakılıq, erkən evlilik və rəqəmsal mühitdə təzyiq halları ilə bağlı müddəalar qanunun sosial əhəmiyyətini daha da artırır. Bu gün uşaqların üzləşdiyi risklər yalnız fiziki mühitlə məhdudlaşmır. İnternet üzərindən psixoloji təzyiq, zorakılıq və manipulyasiya halları da ciddi təhlükə yaradır. Yeni qanunun bu çağırışları nəzərə alması dövlətin qabaqlayıcı və çevik yanaşmasının göstəricisidir.
Burada xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə toxunmaq vacibdir. Komitə son illərdə erkən evliliklərin qarşısının alınması, uşaqlara qarşı zorakılıq hallarının aşkarlanması, ailə institutunun möhkəmləndirilməsi və maarifləndirmə istiqamətində mühüm işlər həyata keçirib. Regionlarda təşkil olunan görüşlər, məktəblərdə aparılan maarifləndirmə tədbirləri və risk qrupunda olan ailələrlə iş bu fəaliyyətin real nəticələrini ortaya qoyur. Yeni qanunun bir sıra müddəaları məhz bu praktiki fəaliyyətin hüquqi müstəvidə daha da gücləndirilməsi kimi görünür.
Xüsusilə erkən evliliklə bağlı sərt yanaşma cəmiyyət üçün mühüm mesajdır. Uşağın gələcəyi onun iradəsi xaricində müəyyən edilə bilməz. Ailə dəyərlərinin qorunması yalnız ənənə ilə deyil, hüquqla, təhsil və maarifləndirmə ilə mümkündür. Dövlətin bu məsələyə prinsipial yanaşması gələcəkdə sosial problemlərin qarşısının alınması baxımından böyük əhəmiyyət daşıyır.
Əslində bu qanun bu günün hüquqi sənədi olmaqla yanaşı, sabahın Azərbaycanı üçün yazılmış yol xəritəsidir. Çünki uşağın hüququ qorunan cəmiyyət daha güclü, daha sabit və daha inkişaf etmiş cəmiyyət olur. Dövlətin böyüklüyü bəzən ən çox onun ən kiçik vətəndaşına necə sahib çıxmasında görünür.
Bu qanun da məhz həmin məsuliyyətin və dövlət qayğısının hüquqi ifadəsidir.
Misir Məmmədov
YAP Laçın rayon təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

