Dövlət və idmanın vəhdəti
01.05.2026 [14:52]
Aprelin 30-da dövlət başçısı Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan yunan-Roma və sərbəst güləşçiləri, eləcə də qadın güləşi üzrə medal qazanan idmançıları və onların məşqçilərini qəbul etdi. Bu görüş Azərbaycan idmanının qazandığı möhtəşəm uğurun ən yüksək səviyyədə qiymətləndirilməsi idi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, komanda hesabında Avropa çempionu olmaq böyük nailiyyətdir və bu qələbə Azərbaycan güləş məktəbinin gücünü bir daha təsdiqləyir. Onun sözlərinə görə, müasir dövrdə güləş üzrə rəqabət daha da sərtləşib, lakin Azərbaycan idmançıları peşəkarlıq və iradə nümayiş etdirərək rəqiblərinə qalib gəlməyi bacarıblar.
Görüşdə dövlət başçısı xüsusi vurğuladı ki, güləş Azərbaycanda qədim və zəngin ənənələrə malik idman növüdür. Bu ənənələr bu gün də uğurla davam etdirilir və yeni nəsil güləşçilər əvvəlkilərin yolunu layiqincə davam etdirir. O qeyd etdi ki, həm təcrübəli idmançıların, həm də gənc güləşçilərin uğurları ölkədə düzgün qurulmuş seleksiya və məşq sisteminin nəticəsidir.
Bu yanaşma təsadüfi deyil. Son illərdə Azərbaycanda idman infrastrukturu genişlənib, bölgələrdə Olimpiya İdman kompleksləri yaradılıb və gənclərin idmana cəlbi sistemli xarakter alıb. Prezidentin də vurğuladığı kimi, nəsillər dəyişsə də, Azərbaycan idmanının uğurları dəyişmir. Görüşdə səslənən fikirlərdən biri də idmanın cəmiyyət üçün mənəvi əhəmiyyəti ilə bağlı idi. Prezident qeyd etdi ki, beynəlxalq arenada Azərbaycan bayrağı qaldırılanda bütün xalq böyük qürur hissi keçirir. Bu qələbələr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Eyni zamanda, dövlət başçısı bəzi beynəlxalq yarışlarda Azərbaycan idmançılarına qarşı ədalətsiz münasibətlərin də mövcud olduğunu qeyd edərək vurğuladı ki, buna baxmayaraq, idmançılarımız öz gücləri və əzmləri ilə bütün maneələri aşmağı bacarırlar.
Görüş zamanı idmançılar da çıxış edərək qazandıqları uğurlarda dövlətin diqqət və qayğısının mühüm rol oynadığını bildirdilər. Avropa çempionları Prezidentə təşəkkür edərək qeyd etdilər ki, bu dəstək onları daha böyük qələbələrə ruhlandırır. Bu dialoq dövlət və idmançı arasında qarşılıqlı etimadın, həmrəyliyin və məqsəd birliyinin bariz nümunəsi idi.
Prezident İlham Əliyevin bu qəbulu bir daha göstərdi ki, Azərbaycanda idman sahəsi strateji istiqamət kimi inkişaf edir. Qazanılan uğurlar təsadüfi deyil, uzun illərin planlı siyasətinin, zəhmətin və milli ruhun nəticəsidir. Bu gün Azərbaycan güləşi yalnız Avropada deyil, dünya miqyasında söz sahibi olan bir məktəbə çevrilib. Tiranada qazanılan qələbə isə bu yolun davamlı olduğunu bir daha sübut etdi.
YAP Samux rayon təşkilatının sədr müavini Sevinc Xəlilova
Xəbər lenti
Hamısına baxSiyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36

