/ / İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri dərin siyasi və iqtisadi məzmuna əsaslanır
İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri dərin siyasi və iqtisadi məzmuna əsaslanır
06.05.2026 [16:28]
İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri, səfər çərçivəsində dövlət başçısı İlham Əliyevlə keçirdiyi geniş tərkibli və təkbətək görüşü tarixi və siyasi əhəmiyyət daşıyır. Müxtəlif sahələri əhatə edən, dərin məzmunlu müzakirələrin və birgə verilən qərarların ardından mətbuata birgə bəyanatla edilən çıxışlar ikitərəfli əlaqələrimizin uğurlu inkişafını göstərir. İki ölkə arasında davam edən dostluq və strateji tərəfdaşlıq əlaqələri tarixi keçmişə əsaslanaraq bu gün məqsədyönlü və müdrik bir şəkildə davam etdirilir. Bu əlaqələrimiz gələcək perspektivdə mühüm və həlli vacib hədəflərə doğru inamla addımlayır.
İtaliya və Azərbaycan arasında 2014-2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq haqqında iki mühüm bəyannamə nümunəvi xarakter daşıyır və dövlətlərimizin, xalqlarımızın mənafeyinin qorunmasına, gələcək təhlükəsizliyinə və inkişafına xidmət edir. Strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin əsasını qoyduğu münasibətlərimiz bu gün realda uğurla icra olunmuş və hədəflərinə çatmış bir sıra layihələrlə yanaşı, gələcəkdə də yeni layihələrin işlənilib, hazırlanmasına və icrasına əsaslı zəmin yaradır.
Xüsusilə ilə vurğulamaq lazımdır ki, mövcud əlaqələrimiz siyasi və ticari müstəvidə daha da dərinləşib. Belə ki, ötən ilin ticarət dövriyyəsinə nəzər salsaq rəsmi statistik hesabatların iqtisadi və ticari əlaqələrimizin inkişaf səviyyəsinin yüksəlməsindən xəbər verdiyinin şahidi olarıq. 2025-ci ildə İtaliya ilə ticarət dövriyyəsi 12 milyard ABŞ dolları məbləğini əhatə edib. Energetika sahəsidə əldə olunan müsbət dinamika xüsusilə seçilir. Azərbaycan İtaliyanın neft və qaz təchizatçıları arasında ikinci yerdədir. Bu rəqəm iqtisadi əlaqələrin nə qədər sıx və sarsılmaz olmasından xəbər verir. Azərbaycan 2025-ci ildə istehsal etdiyi 25 milyard kub metr təbii qazın 9,5 milyard kub metrini məhz İtaliyaya ixrac edib. Dövlət başçısı cənab İlham Əliyevin də mətbuata bəyanatında qeyd etdiyi kimi, TAP layihəsinin genişləndirilməsi ilə İtaliyaya ixrac olunan qazın həcminin daha da artırılması nəzərdən keçirilir. Eyni zamanda Azərbaycan Dövlət Neft Fondu tərəfindən İtaliyaya 3 milyard ABŞ dolları məbləğində sərmayə qoyuluşu, eləcə də 130-a yaxın İtaliya şirkətinin ölkəmizdə uğurlu fəaliyyəti iki ölkənin iqtisadi maraqlarının təmin edilməsinə əsaslı imkan yaradır. İşğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda da İtaliya şirkətləri tərəfindən mühüm layihələr icra olunmaqdadır. Sevindirici haldır ki, əlaqələrimiz daha da şaxələnərək digər mühüm sahələri də əhatə edir. İqtisadi, siyasi və ticarət sahəsindəki uğurlu əlaqələrimizin yaxın gələcəkdə müdafiə texnologiyaları sahəsində də davam etdirilməsi planlaşdırılır. Azərbaycan maliyyəsinin İtaliyanın müdafiə və təhlükəsizlik sahəsindəki texnologiyaları ilə birləşməsi qarşılıqlı maraq doğuran hərbi-texniki sahədə də yeni imkanların yaranmasına şərait yaradacaq.
İtaliyanın Baş naziri də çıxışında mühüm məsələlərə toxunaraq Azərbaycana səfərinim yüksək siyasi əlaqələrimizin bariz nümunəsi olduğunu söylədi. Qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı aparılan dialoqların əhəmiyyətini vurğulayaraq bu günkü əlaqələrimizin bundan sonra da dinamik şəkildə davam etdiriləcəyinə əminliyini ifadə etdi. İndiki gərgin və aydın olmayan geosiyasi proseslərin fonunda Azərbaycanla İtaliya arasındakı mövcud münasibətlərin gələcək taleyindən nikbinliklə danışaraq qlobal təhlükəsizlikdə də mühüm rol oynayacağına ümidvar olduğunu qeyd etdi. O, dövlət başçısı cənab İlham Əliyevə İran müharibəsi zamanı İtaliya səfirliyinin Tehrandan Bakıya köçürülüməsinə və İtaliya vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinə göstərdiyi köməyə görə təşəkkürünü bildirdi. Öz növbəsində Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha geniş rol oynaması üçün İtaliyanın Avropanın mühüm qapısı olaraq dəstək ola biləcəyini diqqətə çatdırdı.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02

