/ / Şəmkirdə “Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır” mövzusunda tədbir keçirildi
Şəmkirdə “Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır” mövzusunda tədbir keçirildi
07.05.2026 [22:05]
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ağciyər xəstəlikləri mərkəzi Şəmkir Regional xəstəxanası ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan növbəti tədbir keçirildi.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Ağciyər xəstəlikləri mərkəzi Şəmkir Regional xəstəxanası ərazi partiya təşkilatının sədri Samirə Kazımova, İcra Hakimiyyəti və rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak etdilər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. O qeyd edib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. “Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı parçalamaq istəyən qüvvələrdən qoruyub. Onun siyasi irsini Prezident İlham Əliyev uğurla davam etdirir və Ulu Öndərin yarımçıq qalan işlərini ləyaqətlə həyata keçirir. Regionda mövcud gərginliklər fonunda Azərbaycanın sabitlik və sülh şəraitində yaşaması da məhz bu siyasətin nəticəsidir”, deyə Fəxrəddin Vəliyev vurğulayıb.
Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, Heydər Əliyev hər zaman azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi ön plana çəkib. “Ulu Öndər çıxışlarında dəfələrlə vurğulayırdı ki, ömrünün sonuna qədər bütün fəaliyyətini Azərbaycanın inkişafına, güclənməsinə və dövlətçiliyinin möhkəmləndirilməsinə həsr edəcək”, deyə Aynur Abdullayeva bildirib. O vurğulayıb ki, Heydər Əliyev xalqına yalnız Azərbaycan vətəndaşı olmağın məsuliyyətini deyil, milli birlik, dövlətə bağlılıq və ümummilli hədəflər uğrunda çalışmağın vacibliyini də aşılayıb.
Tədbirdə digər partiya fəalları da çıxış edərək bildiriblər ki, Heydər Əliyev xalqa Azərbaycan vətəndaşı olmağın məsuliyyətini aşılayıb. Ulu Öndər siyasi lider kimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib və xalqı vahid məqsəd ətrafında birləşdirməyi bacarıb.
Sonda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən bir neçə partiya fəalına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

