Keçmişin daş yaddaşından gələcəyin şəhərinə
22.05.2026 [11:25]
Azərbaycanın növbəti möhtəşəm qlobal uğuru olan və Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) ölkəmizin beynəlxalq nüfuzunu zirvəyə daşımaqla yanaşı, hər birimizdə böyük qürur hissi oyadır. Dünyanın ən aparıcı şəhərsalma mütəxəssislərinin, tanınmış memarlarının və dövlət rəsmilərinin bu mötəbər tədbir üçün paytaxtımıza toplaşması Azərbaycanın dayanıqlı inkişaf və "yaşıl şəhər" konsepsiyalarında qlobal bir liderə çevrildiyini bütün dünyaya sübut edir. Bu tarixi forum ölkəmizə həm iqtisadi, həm də strateji baxımdan əvəzsiz xeyir qazandırır - biz bəşəriyyətin gələcək şəhərlərinin vizyonunu məhz Bakıdan diktə edirik. Mən də bir vətəndaş kimi bu böyük zəfərimizə baxıb fikirləşdim ki, bəs bizim öz memarlığımız qədimdən bu günə necə möhtəşəm bir yol gəlib? Axı bizim bu gün Bakıda heyranlıqla baxdığımız o nəhəng müasir binaların, şüşəli göydələnlərin ideya təməli əslində əsrlər əvvəl elə öz torpağımızda qoyulub. Biz keçmişimizi tam anlamadan, o qədim binaların ruhunu hiss etmədən gələcəyin şəhərini necə qura bilərik ki?
Bu mövzada mənim ağlıma ilk gələn yer həmişə Naxçıvan olur. Çünki Naxçıvanın abidələri sadəcə qədim daşlar deyil, bizim memarlığımızın əsl vizit kartıdır. Elə bil ulu babalarımız yüz illər əvvəl bu günün mühəndisliyini bilib elə tikiblər. Məsələn, Möminə Xatun və Yusif İbn Küseyir türbələrinə baxanda adam mat qalır. O dövrdə indiki texnologiya yox, kompüter yox, amma o kərpiclərin düzülüşü, üstündəki o mürəkkəb həndəsi naxışlar elə bir dəqiqliklə işlənib ki, bu günün ən məşhur dizaynerləri belə o effekti çətin yaradır. Əcəmi Naxçıvaninin o məşhur sözü var, deyir biz gedirik, amma binalarımız xatirə qalır. İndi Bakıdakı o forumda da hamı eyni sualı verir: bizdən sonra gələn nəsillərə nə qoyub gedəcəyik?
Təkcə türbələr deyil, Naxçıvanın hər qarışında bir tarix var. Əshabi-Kəhfin o təbiətlə və dağlarla yaratdığı harmoniya, Əlincəqalanın o sıldırım qayalar üzərindəki möhtəşəm duruşu adama deyir ki, şəhər tikəndə təbiəti pozmaq yox, onunla dost olmaq lazımdır. Xan Sarayı, Ordubadın o qədim, dar və sərin məhəllələri, o qədim çeşmələr əslində elə bu gün hamının axtardığı o "yaşıl və rahat şəhər" ideyasının canlı nümunəsidir. Qarabağlar və Gülüstan türbələrinə baxanda isə insan bizim memarlığın nə qədər fərqli və estetik olduğunu bir daha anlayır.
İndi qayıdıram Bakıya və digər yerlərimizə. Baxıram ki, əslində o qədimliklə indiki müasirlik necə gözəl səsləşir. Bir tərəfdə İçərişəhərin o qədim küçələri, Qız Qalası, digər tərəfdə ise üzbəüz dayanan Alov Qüllələri - sanki qədimlə müasir dünya bir-biri ilə söhbət edir. Yaxud hamımızın heyran olduğu o dalğalı, küncləri olmayan Heydər Əliyev Mərkəzi - dünyanın ən modern binası sayılır, amma mən baxanda onun daxili axıcılığında, o xətlərində bizim Şərq sənətinin, Naxçıvan türbələrindəki o sonsuzluq fəlsəfəsinin izini görürəm. Şəkidəki o rəngbərəng şəbəkələr, Gəncənin qırmızı kərpicli binaları və yeni tikilən müasir fəaliyyət məkanları da eyni ruhu daşıyır.
Deməli, bu şəhərsalma forumunda müzakirə olunan "ağıllı şəhər"lər, ekoloji tikililər əslində bizim genimizdə var. Biz indi işğaldan azad olunan Qarabağı, Şuşanı, Ağdamı "ağıllı şəhər" kimi yenidən qururuqsa, bunu sıfırdan etmirik. Biz Naxçıvandan başlayan, Bakının müasir silueti ilə davam edən o böyük memarlıq məktəbimizə güvənirik. Bu gün WUF13 kimi qlobal bir platformaya ev sahibliyi etməyimiz həm də dünyaya mesajdır: Azərbaycan qədim kökləri üzərində ən müasir və mükəmməl gələcəyi quran bir ölkədir. Mənim üçün şəhərsalma və memarlıq sadəcə binaları yan-yana düzmək deyil. Bu, bizim keçmişimizlə gələcəyimiz arasında qurulmuş və heç vaxt qırılmayacaq ən möhkəm körpüdür.
Ülkər Əliyeva
YAP Naxçıvan şəhər təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxAnalitik
01 Sentyabr 10:22
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Gündəm
01 Sentyabr 09:36
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

