/ / Regional inkişaf proqramlarının icrası ilə yanaşı, sosial infrastruktur layihələri də uğurla həyata keçirilib
Regional inkişaf proqramlarının icrası ilə yanaşı, sosial infrastruktur layihələri də uğurla həyata keçirilib
26.05.2026 [21:24]
Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermişdir. 1993-cü ildən etibarən ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müstəqilliyin ilk illərində hökm sürən siyasi və iqtisadi böhran aradan qaldırılmış, ölkənin demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə inkişafına geniş imkanlar yaradılmışdır.
1990-cı illərin ortalarından başlayaraq demokratik dövlət quruculuğu istiqamətində aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların əsas məqsədi demokratik prinsiplərə əsaslanan, güclü iqtisadiyyata malik müstəqil dövlət qurmaq olmuşdur. İqtisadi sahədə görülən tədbirlər sahibkarlığın genişləndirilməsinə, yerli və xarici investisiyaların cəlb edilməsinə, müasir texnologiyaların tətbiqinə, qabaqcıl idarəetmə təcrübəsindən istifadə edilməsinə, rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin və yeni iş yerlərinin yaradılmasına yönəlmişdir. Bütün bunlar ölkənin iqtisadi qüdrətinin daha da möhkəmlənməsinə xidmət etmişdir.
1994-cü ildə imzalanmış və Azərbaycanın müasir inkişaf tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi” xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyası nəticəsində artan neft və qaz gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi iqtisadiyyatın tarazlı inkişafının təmin olunmasına şərait yaratmışdır. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir.
Uzunmüddətli iqtisadi inkişaf strategiyası regionların davamlı və balanslı inkişafının təmin edilməsini, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını, yüksək sosial rifahın təmin olunmasını, təbii resurslardan səmərəli istifadənin və ekoloji təhlükəsizlik sisteminin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdur.
Bu strategiyanın uğurlu icrasında regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş dövlət proqramları – 2004–2008, 2009–2013, 2014–2018 və 2019–2023-cü illəri əhatə edən proqramlar mühüm rol oynamışdır. 2004-cü ildən etibarən uğurla həyata keçirilən bu proqramlar nəticəsində şəhər, qəsəbə və kəndlərin siması əsaslı şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı və kommunal xidmətlərin keyfiyyəti yüksəlmiş, biznes və investisiya mühiti daha da yaxşılaşmış, əhalinin rifah halı əhəmiyyətli dərəcədə yüksəlmişdir.
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının təşviqi həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilmiş və 2004–2018-ci illər ərzində ölkə iqtisadiyyatına 244,9 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır.
Dövlətin sosialyönümlü siyasəti və məşğulluğun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər də mühüm nəticələr vermişdir. Belə ki, 2004–2018-ci illər ərzində 2 milyondan artıq yeni iş yeri yaradılmış, onların 1,5 milyonu daimi olmuşdur. Yaradılmış iş yerlərinin 75 faizi regionların payına düşmüşdür ki, bu da regionların sosial-iqtisadi inkişafının göstəricilərindən biridir.
Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik inkişaf təmin edilmiş, dünya iqtisadiyyatında böhranlı dövrlərə baxmayaraq, Azərbaycanın qeyri-neft sənayesində artım davam etmişdir. Dövlət proqramları çərçivəsində regionlarda innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrinin yaradılması, məşğulluğun artırılması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə sənaye parkları və sənaye məhəllələri yaradılmışdır. Bu məqsədlə Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, eləcə də Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələri fəaliyyətə başlamışdır. Bu layihələr regionlarda sahibkarlığın inkişafına, əlverişli biznes mühitinin formalaşmasına və yeni iş yerlərinin açılmasına mühüm töhfə vermişdir.
Dövlət proqramları çərçivəsində aqrar sahənin inkişafı da prioritet istiqamətlərdən biri olmuşdur. Aqrar sektorun vergilərdən azad olunması, subsidiyaların və güzəştli kreditlərin verilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təkan vermişdir. Dövlət investisiyaları hesabına Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarlarının tikintisi, Baş Mil-Muğan kollektorunun istifadəyə verilməsi, meliorativ tədbirlərin genişləndirilməsi, eləcə də Aqrolizinq ASC-nin yaradılması aqrar sahənin inkişafına mühüm təsir göstərmişdir. Nəticədə ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm uğurlar əldə edilmiş, iri fermer təsərrüfatları, aqroparklar, intensiv bağçılıq təsərrüfatları, müasir istixanalar və logistik mərkəzlər yaradılmışdır.
Regionların inkişafı çərçivəsində sosial məsələlərin həlli və insan amilinin ön planda saxlanılması daim diqqət mərkəzində olmuşdur. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələr üzrə layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondu mühüm rol oynamışdır. Son 15 il ərzində regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri aparılmış, həmçinin 34 olimpiya idman kompleksi və 34 gənclər evi inşa edilmişdir.
İcra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu əsaslı şəkildə yenilənmiş, əhalinin rifah səviyyəsi daha da yüksəlmişdir.
Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti yüksəlmiş, biznes və investisiya mühiti daha da yaxşılaşmışdır.
Həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər Azərbaycanın iqtisadi və hərbi qüdrətini daha da gücləndirmiş, bu isə 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılması üçün möhkəm zəmin yaratmışdır.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, inkişaf etdirilməsi, müasir infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışının təmin olunması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Həmin ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və turizm imkanlarından səmərəli istifadə etməklə onların balanslı inkişafının təmin olunması məqsədilə vahid proqram əsasında kompleks tədbirlər davam etdirilir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

