Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Qaradağ rayonunda “Bir oyuncaq, bir təbəssüm” layihəsi həyata keçirilib

Qaradağ rayonunda “Bir oyuncaq, bir təbəssüm” layihəsi həyata keçirilib

01.06.2026 [16:56]

1 iyun 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir oyuncaq, bir təbəssüm” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində YAP Qaradağ rayon təşkilatının əməkdaşları və fəalları rayonun yaşayış məntəqələrini ziyarət edərək şəhid ailələrinin övladlarına, qazi uşaqlarına və xüsusi qayğıya ehtiyacı olan balacalara müxtəlif oyuncaqlar və hədiyyələr təqdim ediblər.

Layihənin məqsədi uşaqlara bayram sevinci yaşatmaq, onlara diqqət və qayğı göstərmək, cəmiyyətimizdə humanizm və xeyirxahlıq dəyərlərinin təbliğinə töhfə verməkdir. Balacaların üzündə yaranan təbəssüm və sevinc dolu anlar layihənin ən yaddaqalan məqamları olub.

Qeyd edək ki, layihənin həyata keçirilməsi rayon ərazisində iki gün davam edəcək.

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31