Ulu Öndər Heydər Əliyev Azərbaycanı yox olmaq təhlükəsindən xilas etdi
09.06.2026 [17:16]
Yurdumuzun başı üstünü qara buludların aldığı həmin çətin günlərdə Azərbaycan xalqının, Vətənimizin yeganə ümidi, qurtuluş çırağı ulu öndər Heydər Əliyev oldu. Xalqın ümid nəzərləri öz sevimli oğluna - o zaman Naxçıvana rəhbərlik edən Heydər Əliyevə yönəlmişdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya qayıtdı. Xalq öz xilaskarını sevinclə qarşıladı.Genişlənməkdə olan vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmaq üçün Heydər Əliyev iyunun13-14-də Gəncədə oldu. Gəncə əhalisinin “Heydər baba, qurtar xalqı bu bəladan” şüarları ilə küçələrə çıxması sanki haqqın, ədalətin kömək diləyən səsi idi.1993-cü ilin iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş günü kimi daxil oldu. Ermənistan ilə müharibə vəziyyətində olan Azərbaycan üçün ikinci cəbhə açaraq onu parçalayıb məhv etmək istəyən qüvvələrin təhriki ilə törədilən vətəndaş müharibəsinin qarşısı alındı. Həmçinin zorakı yolla hakimiyyəti dəyişmək ənənəsinə birdəfəlik son qoyuldu. Azərbaycan dövlətçiliyini və müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. Azərbaycan xalqı ölkənin müstəqilliyinə qənim kəsilmiş, xaricdən idarə olunan qüvvələrin qarşısını qətiyyətlə alan ulu öndər Heydər Əliyevin ətrafında daha da sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümumxalq dəstəyi ilə prezident seçilmiş Heydər Əliyev andiçmə mərasimindəki nitqində dövlət müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü və tam suverenliyi təmin etmək, əhalinin rifahını yaxşılaşdırmaq vəzifələrini həyata keçirəcəyini bəyan etdi. Ulu öndər Heydər Əliyev eyni zamanda verdiyi ilk bəyanatlarının birində deyirdi: “-Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük naliyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə və inkişaf etməsinə sərf edəcəyəm. Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasının dünya dövlətləri içərisində, dünya birliyində layiqli yer tutmasına çalışacağam.”
Ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu bu fikirlər qısa zamanda reallığa çevrildi. Belə ki, tez bir zamanda ölkədə anarxiya və özbaşınalığın qarşısını alan ulu öndər Heydər Əliyev yürütdüyü uğurlu xarici siyasət nəticəsində 1994-cü il may ayının 12-də atəşkəsə nail oldu. Atəşkəs rejiminin elan edilməsi təkcə günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin qarşısını almadı, həm də ordu quruculuğu işini başa çatdırmağa, ölkənin iqtisadi qüdrətinin artırılmasına diqqət yönəltməyə imkan verdi. İqtisadi problemlərin həllində ölkə üçün ən vacib amil ictimai-siyasi sabitliyin, sağlam münbit mühitin yaradılması idi. Belə olmasaydı Azərbaycanın böyük iqtisadi potensialından danışmaq qeyri-mümkün olar, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadi sahədə ölkəmizin digər ölkələrlə əməkdaşlığı mümkün olmazdı. Eyni zamanda, dövlət mülkiyyətinin ədalətlə özəlləşdirilməsi, özəl sektorun inkişafı baş tutmazdı. Bütün mümkün olanlar üçün müstəqilliyimizin qarantı, dövlətimizin qurucusu və memarı ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq.
44 günlük Vətən mühribəsində qazandığımız şanlı zəfərimiz əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesinin məntiqi nəticəsi idi. Tarixi torpaqlarımızın erməni işğalından azad edilməsində dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz əsl tarix yazdı. Bu qəhrəmanlıq salnaməsi əsrlər boyu tariximizin ən parlaq və unudulmaz səhifələrindən biri olacaq, heç bir zaman unudulmayacaq.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38

