Azərbaycanın beynəlxalq nüfuzu və Şuşada verilən mühüm mesajlar
20.07.2026 [09:58]
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra milli maraqlara, qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil xarici siyasət kursu həyata keçirir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası bu gün Cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Son illər ərzində Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, ölkəmiz regionun aparıcı dövləti olmaqla yanaşı, qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilmişdir. Azərbaycan həm Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynayır, həm də enerji təhlükəsizliyi, nəqliyyat, logistika, yaşıl enerji və regional əməkdaşlıq sahələrində irəli sürdüyü təşəbbüslərlə beynəlxalq münasibətlər sistemində mühüm mövqeyə sahibdir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış və praqmatik xarici siyasət nəticəsində Azərbaycan dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı etimada əsaslanan münasibətlər qurmuş, Avropa İttifaqına üzv dövlətlərlə siyasi, iqtisadi və humanitar əməkdaşlığını davamlı şəkildə genişləndirmişdir. Bu siyasət ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirməklə yanaşı, yeni iqtisadi imkanların yaranmasına və strateji tərəfdaşlıq əlaqələrinin inkişafına da mühüm töhfə verir.
Azərbaycan ilə Slovakiya Respublikası arasında münasibətlər də məhz bu uğurlu xarici siyasətin mühüm istiqamətlərindən biridir. Son illər iki ölkə arasında siyasi dialoq intensiv xarakter almış, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər əməkdaşlığın inkişafına yeni təkan vermişdir. Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 14-də Şuşa şəhərində Cənab Prezident İlham Əliyevlə mətbuata verdiyi birgə bəyanatlar da münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Şuşada keçirilən görüş Azərbaycanın tarixi və mədəni paytaxtının beynəlxalq diplomatik tədbirlərə ev sahibliyi etməsinin növbəti nümunəsi oldu. İşğaldan azad edildikdən sonra sürətlə bərpa olunan Şuşa bu gün təkcə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri deyil, həm də mühüm siyasi və diplomatik görüşlərin keçirildiyi şəhərə çevrilib. Slovakiya Prezidentinin məhz Şuşaya səfəri Azərbaycanın ərazi bütövlüyünə və bölgədə formalaşmış yeni reallıqlara verilən önəmin göstəricisi kimi də dəyərləndirilə bilər.
Cənab Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq bildirdi ki, dövlətlər arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq gündən-günə genişlənir. Ölkə Başçısı qeyd etdi ki, iqtisadi əlaqələrin mövcud potensiala uyğun inkişaf etdirilməsi, ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi qarşıdakı dövrün əsas prioritet istiqamətlərindən biridir. Bu məqsədlə hökumətlərarası əməkdaşlıq mexanizmlərinin daha da fəallaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq geniş müzakirə olunan əsas mövzulardan biri oldu. Cənab Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edərək vurğuladı ki, ölkəmiz bu gün etibarlı enerji tərəfdaşı kimi bir sıra Avropa dövlətlərinin təbii qaz təchizatında mühüm rol oynayır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri Avropanın enerji mənbələrinin şaxələndirilməsinə xidmət edir və bu istiqamətdə Slovakiya ilə əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli imkanlar mövcuddur.
Ölkə Başçısı çıxışında bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrə də toxundu. Bildirildi ki, Azərbaycan yaşıl enerji potensialından səmərəli istifadə etmək üçün beynəlxalq tərəfdaşlarla genişmiqyaslı layihələr həyata keçirir. Günəş və külək enerjisi üzrə icra olunan layihələr ölkənin enerji balansını daha da gücləndirməklə yanaşı, ixrac imkanlarının artmasına və Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verməsinə şərait yaradır.
Şuşada verilən bəyanat zamanı regional təhlükəsizlik və sülh məsələləri də diqqət mərkəzində oldu. Cənab Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasının tərəfdarıdır və regionda uzunmüddətli əməkdaşlıq mühitinin formalaşması üçün ardıcıl addımlar atır. Azərbaycanın təşəbbüsləri regionun iqtisadi inkişafına, kommunikasiyaların açılmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Ölkə Başçısı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə də ətraflı məlumat verdi. Qeyd edildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir şəhərlər və kəndlər salınır, yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur obyektləri inşa edilir. Bu layihələr bölgənin iqtisadi dirçəlişinə və əhalinin doğma torpaqlarına qayıdışına xidmət edir.
Bəyanatlarda humanitar əməkdaşlığın inkişafı da xüsusi vurğulandı. Təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin artırılması istiqamətində mövcud imkanların dəyərləndirilməsinin vacibliyi qeyd olundu.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri və Şuşada keçirilən görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və nüfuzlu tərəfdaş kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin dost və tərəfdaş dövlətlərlə əlaqələrinin daha da möhkəmlənməsinə, iqtisadi və siyasi əməkdaşlığın genişlənməsinə, eyni zamanda regionda sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Şuşadan verilən mesajlar isə Azərbaycan–Slovakiya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi iradənin və qarşılıqlı əməkdaşlıq əzminin bariz ifadəsi kimi yadda qaldı.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16

