YAP Gənclər Birliyinin “Qış məktəbi” başa çatıb
14.02.2014 [09:05]
Gənclər qısa müddətdə əldə etdikləri biliklərdən məmnunluqlarını ifadə ediblər
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşkil etdiyi “Qış məktəbi” işini dünən “Azərbaycanda sosial cəmiyyət modeli” və “Dövlət gənclər siyasəti” mövzusunda diskussiyaların keçirilməsi ilə davam etdirib. YAP Siyasi Şurasının üzvləri - “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycanın 23 ilə yaxın dövrü əhatə edən müstəqillik tarixində dövlətin gənclərə diqqət və qayğısından geniş bəhs ediblər. Bildirilib ki, bu gün ölkəmizdə gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğu böyük inam hissi ilə qeyd olunur. Təbii ki, dövlət gənclər siyasəti dedikdə gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemi nəzərdə tutulur.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə qeyd edib ki, tarixə qısa nəzər yetirdikdə bu reallıq öz təsdiqini tapır ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə daha çox gənclərin kadr kimi yetişməsi diqqət mərkəzində idisə, Ümummilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələ oldu: “Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olub. Milli hərbi kadrların hazırlanması da xalqın müstəqil gələcəyi üçün böyük əhəmiyyətli məsələ idi. Məhz Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində həmin dövrdə C.Naxçıvanski adına hərbi lisey yaradıldı ki, bu gün orduda xidmət edən zabitlərin əksəriyyəti həmin məktəbin yetirmələridir”.
V.Rəhimzadə bildirib ki, Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gənclərə qayğısı da davamlılığı ilə diqqət çəkir: “Gənclərin böyük qüvvə olduğunu qeyd edən dövlət başçısı İlham Əliyev onların potensialından istifadə etməyi qarşıya mühüm vəzifə kimi qoyur. İmzalanan Dövlət Proqramlarında əksini tapan müddəalara diqqət yetirdikdə dövlətin gənclərin hərtərəfli inkişafında maraqlı olduğu və buna nail olmaq üçün bütün səyləri göstərdiyi aydın görünür”.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov dövlətin gənclərə diqqət və qayğısından məmnunluğunu ifadə edərək bildirib ki, son 10 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi digər istiqamətlər kimi, bu sahədə də özünü qabarıq şəkildə biruzə verir. Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini də gənclər təşkil edir. S.Orucov qeyd edib ki, Yeni Azərbaycan Partiyası ötən parlament və bələdiyyə seçkilərində gənclərin təmsilçilik faizinin artırılması istiqamətində mühüm addımlar atıb və nəticə göz qabağındadır.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Yeni Azərbaycan Partiyasının gənclərin ictimai siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə layihələrin həyata keçirilməsi istiqamətində atdığı addımlardan bəhs edib.
“Azərbaycanda sosial cəmiyyət modeli” mövzusunda diskussiya da gənclərin fəal iştirakı şəraitində keçirilib. Çıxışçılar Azərbaycanın iqtisadi inkişaf modelindən, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasından geniş bəhs ediblər. V.Rəhimzadə regional inkişaf proqramlarının uğurlu icrasının ölkənin hərtərəfli inkişafında stimul olduğunu qeyd edərək bildirib ki, ötən il regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramının uğurla başa çatması yeni proqramın qəbulunu zərurətə çevirir. “Birinci Dövlət Proqramının qəbulundan - 2004-cü ildən ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. İqtisadiyyata qoyulan investisiyalar 160 milyard dollar təşkil edib. Dünyanı bürüyən maliyyə və iqtisadi böhran illərində Azərbaycan iqtisadiyyatının artması beynəlxalq səviyyədə uğurlu siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. İqtisadiyyatın aynası olan büdcənin son on ildə 20 dəfədən çox artması uğurlu sosial-iqtisadi islahatların nəticəsidir. 2014-cü il də ölkəmizin iqtisadi həyatında mühüm uğurlarla, əhəmiyyətli layihələrin icrası ilə yadda qalacaq. Azərbaycan dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması uğurların davamlılığında həlledici rol oynayır. Bir sözlə, Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün əsas məkan seçilməsi də uğurlu sosial-iqtisadi islahatlara əsaslanır” - deyə, baş redaktor vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə bildirib ki, statistik rəqəmlərə diqqət yetirdikdə ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaranır. Azərbaycan eyni zamanda uğurlu sosial-iqtisadi göstəriciləri ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da birinciliyini qorumaqdadır.
YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən amillərdən bəhs edərək deyib ki, düzgün təmələ əsaslanan siyasət ölkəni daim inkişafa aparır.
Diskussiya şəklində davam etdirilən təqdimatda YAP Gənclər Birliyinin üzvləri Orxan Fəxrəddinov, Xatirə Bayramova, Əli Qəmbərli, Məhəmməd Həsənov, Hacı Zeynaloğlu, Asəf Vəliyev, Mehdi Namazov, Dilarə Seyidova, Rövşanə Turabova və başqaları çıxış edərək fikirlərini bölüşüblər, Azərbaycanın uğurlarından, gənclərə diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, bu gün hər kəs dinamik inkişaf edən, Cənubi Qafqazın lideri olan Azərbaycan kimi ölkənin vətəndaşı olmaqdan qürur duymalıdır.
Fevralın 13-də “Qış məktəbi”nin iştirakçıları Qəbələ rayonunda da olublar. Bölgə ilə tanışlıqdan sonra “Qış məktəbi”nin bağlanış mərasimi keçirilib. Gənclər keçirilən tədbirlərdə əldə etdikləri biliklərdən razılıqlarını bildirərək, bu kimi layihələrin davamlı olmasını arzulayıblar.
Ceyhun Piriyev,
“İki sahil”, Oğuz
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

