/ / Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının idarə heyətinin iclası keçirilib
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının idarə heyətinin iclası keçirilib
18.02.2014 [09:28]
Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika təşkilatının sədri Vasif Talıbovun sədrliyi ilə YAP Naxçıvan Muxtar Respublika təşkilatı idarə heyətinin 2013-cü ildəki fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda YAP Naxçıvan Muxtar Respublika təşkilatının icra katibi Anar İbrahimovun hesabat məruzəsi dinlənilib.
Sonra YAP Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov və partiyanın Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov çıxış ediblər.
Ali Məclisin sədri, YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri Vasif Talıbov tapşırıq və tövsiyələrini verərək deyib: “2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilən dördüncü çağırış səkkizinci sessiyasında 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 yanvar tarixli Sərəncamına əsasən, muxtar respublikanın 90 illik yubileyi dövlət səviyyəsində keçiriləcəkdir. Bu baxımdan 2014-cü il digər sahələr kimi, partiya fəaliyyəti sahəsində də tələbkar və məsuliyyətli bir dövr olacaqdır. Cari ildə də siyasi, ideoloji və təşkilati fəaliyyətimiz davam və inkişaf etdirilməli, qarşıya qoyulan vəzifələr icra olunmalıdır. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev YAP-ın beşinci qurultayında partiyanın və onun hər bir üzvünün qarşısında duran əsas vəzifələrdən danışaraq demişdir: “Bizim bütün istiqamətlər üzrə konkret proqramlarımız, planlarımız, konsepsiyalarımız, icra mexanizmlərimiz vardır. Yəni, bizim gələcək inkişafımızla bağlı heç bir tərəddüdümüz, heç bir şübhəmiz yoxdur. Azərbaycan inamla, uğurla irəliyə gedəcəkdir. Bunu təmin etmək üçün Azərbaycanda Heydər Əliyev siyasəti bundan sonra da daim üstünlük təşkil etməlidir”.
YAP muxtar respublika təşkilatının sədri deyib: “YAP-ın Naxçıvan Muxtar Respublika təşkilatı partiyamızın tarixən ilk yaranmış siyasi qurumu kimi nümunə gücündə olmalı, 2014-cü ildə fəaliyyətini daha da gücləndirməlidir. “YAP Naxçıvan Muxtar Respublika təşkilatının 2014-cü ilə dair İş Planı”nda nəzərdə tutulmuş tədbirlər vaxtında və dürüst icra olunmalı, İcra Katibliyi, Gənclər Birliyi, şəhər və rayon partiya təşkilatları öz fəaliyyətlərini buna uyğun qurmalıdırlar. “Muxtariyyət ili” ilə əlaqədar partiya təşkilatlarının xətti ilə tədbirlər hazırlanıb keçirilməlidir”.
Partiya işinin yenilənməsi zərurətindən danışan muxtar respublika təşkilatının sədri deyib: “Müasir cəmiyyət yeniləşməyə doğru gedir. Buna uyğun olaraq partiya işi də yeniləşməli, partiyamızın gələcəyi hamımızı düşündürməlidir. Siyasi fəaliyyətin varisliyi təmin olunmadan partiyanın gələcəyini təmin etmək mümkün deyildir. Partiyanın gələcəyinin təmin edilməsi isə xeyli dərəcədə onun sıralarına hərtərəfli dünyagörüşə malik istedadlı, vətənpərvər gənclərin cəlb olunmasından asılıdır. Buna görə də gənc və yaradıcı qüvvələrlə işi gücləndirməli, yüksək intellektli, vətənpərvər, gələcəkdə işi etibar edə biləcəyimiz lider gənclər yetişdirməliyik”.
O da qeyd olunub ki, bu gün Naxçıvan Muxtar Respublikasında gənclərin hərtərəfli yetişdirilməsi üçün bütün tədbirlər görülür.
YAP Naxçıvan Muxtar Respublika təşkilatının sədri deyib ki, 2014-cü ilin noyabr ayında partiyanın beşinci konfransının keçirilməsi nəzərdə tutulub. İcra Katibliyi, şəhər və rayon təşkilatları partiyanın Nizamnaməsinə və təşkilatın Əsasnaməsinə uyğun olaraq oktyabr-noyabr aylarında konfransın keçirilməsini, o cümlədən nümayəndələrin seçilməsini təmin etməlidirlər. Kütləvi informasiya vasitələri ilə iş partiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olmalıdır. Ümummilli liderimiz Heydər Əliyev YAP-ın birinci qurultayında partiyanın tutduğu mövqeyi dəyərləndirərək deyib: “YAP yarandığı dövrdən indiyə qədər Azərbaycanın ictimai-siyasi həyatında özünün dəyərli yerini tutubdur, bu yeri heç kəsə verməyəcək və get-gedə öz yerini möhkəmləndirəcəkdir”.
“Bizim vəzifəmiz əldə olunmuş nailiyyətlərlə kifayətlənməmək, partiya-təşkilat işini daha da gücləndirmək, partiyamızın cəmiyyətdə tutduğu yüksək mövqeyi qoruyub saxlamaq, partiya işini irəli aparmaqdır”, - deyən Ali Məclisin Sədri bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

