Azərbaycan–Özbəkistan Münasibətlərinin Yeni Səhifəsi
26.08.2026 [14:19]
Dövlət başçısı İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə iki ölkə arasında tarixi və mənəvi bağlılığı yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər ortaq köklərə, mədəniyyətə, dilə və nəsildən-nəslə ötürülən qarşılıqlı rəğbətə söykənir. Məhz bu möhkəm təməl üzərində formalaşan dövlətlərarası əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq müttəfiqlik səviyyəsinə yüksəlmişdir.
Müstəqillik dövründə iki ölkə arasında strateji tərəfdaşlığın bünövrəsinin qoyulmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ulu Öndərin Özbəkistan rəhbərliyi ilə qurduğu səmimi və etibarlı münasibətlər dövlətlərarası əlaqələrin uzunmüddətli inkişaf istiqamətini müəyyənləşdirmişdir. Bu uğurlu siyasi kurs Prezident İlham Əliyevin uzaqgörən strategiyası sayəsində daha yüksək pilləyə qaldırılmışdır. İki dövlət başçısının yaxın dostluğu və qarşılıqlı inamı əməkdaşlığın dinamik şəkildə şaxələnməsində həlledici amil kimi çıxış edir.
Son illərdə intensivləşən qarşılıqlı ali səfərlər ikitərəfli münasibətlərə güclü təkan vermişdir. İmzalanmış Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə və Müttəfiqlik münasibətləri haqqında Müqavilə əlaqələrin müqavilə-hüquq bazasını köklü şəkildə möhkəmləndirmişdir. Bununla yanaşı, yaradılmış Ali Dövlətlərarası Şura strateji tərəfdaşlığın ardıcıl inkişafını təmin edən mühüm institusional mexanizmə çevrilmişdir. Özbəkistan hər zaman Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləmiş, işğaldan azad edilmiş Füzuli şəhərində inşa edilən Mirzə Uluqbəy adına tam orta məktəb və "Dostluq bağı" bu sarsılmaz qardaşlığın bariz rəmzinə çevrilmişdir. Yüksək səviyyəli siyasi dialoq iqtisadi-ticari əlaqələrdə də öz əksini tapır. İki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. Nizamnamə kapitalı 500 milyon dollar olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti konkret layihələrin icrasını həyata keçirir. Avtomobil sənayesi, energetika, bərpaolunan ("yaşıl") enerji və nəqliyyat-logistika sahələrində səmərəli tərəfdaşlıq mövcuddur. Hər iki dövlətin əlverişli coğrafi mövqeyi Şərqlə Qərbi birləşdirən Orta Dəhliz marşrutu üzrə yükdaşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verir. İqtisadi sahədəki bu sürətli artım rəsmi statistikada da özünü göstərir.
Energetika sahəsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında həyata keçirilən layihələr iki ölkənin enerji və neft-kimya potensiallarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti və SOCAR ilə “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO”nun fəaliyyəti əməkdaşlığın konkret iqtisadi nəticələrə söykəndiyini göstərir.
Dövlətlərarası yaxınlaşmanı tamamlayan əsas sütunlardan biri də mədəni-humanitar sahədəki sıx təmaslardır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri, qarşılıqlı Mədəniyyət Günləri, birgə media forumları və ali təhsil müəssisələrinin birbaşa əməkdaşlığı xalqlarımızın daha da yaxınlaşmasına, gənc nəsillər arasında mənəvi bağların qorunub saxlanmasına xidmət edir.
Prezident cənab İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək gündəliyi artıq ənənəvi diplomatik əlaqələr çərçivəsindən xeyli kənara çıxır. Qarşıda daha çox birgə sənaye müəssisələrinin yaradılması, qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və logistika dəhlizlərinin inkişafı, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal və texnoloji əməkdaşlığın gücləndirilməsi, təhsil və elm əlaqələrinin dərinləşdirilməsi kimi istiqamətlər dayanır. Bu mənada Azərbaycan və Özbəkistan münasibətləri müasir dövrdə iki müstəqil və suveren dövlətin milli maraqlarını, tarixi-mədəni yaxınlığını və regional baxışlarını bir araya gətirən uğurlu strateji tərəfdaşlıq modelidir. Burada söhbət yalnız iki dövlətin münasibətlərindən getmir. Azərbaycan–Özbəkistan əməkdaşlığı Türk dünyasında inteqrasiyanın, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinin, Şərq–Qərb nəqliyyat və enerji bağlantılarının inkişafının mühüm dayaqlarından birinə çevrilir.
Möhkəm dostluq və qardaşlıq təməlləri üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətləri öz növbəsində Türk dünyasının birliyinə, həmrəyliyinə də böyük töhfədir. Hər iki ölkə TDT-ni yalnız dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm bir birlik kimi qəbul edir.
Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08

