Laçın – Zəfərdən dirçəlişə uzanan yol
31.08.2026 [09:21]
Azərbaycanın müasir tarixində elə günlər var ki, onların mahiyyəti yalnız bir hadisə ilə məhdudlaşmır. Belə tarixlər xalqın yaddaşında milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təcəssümü kimi yaşayır. 26 avqust da məhz belə əlamətdar günlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən şəhər günləri sırasında Laçın Şəhəri Gününün məhz avqustun 26-da qeyd olunması şəhərin həyatında baş vermiş tarixi dönüşün əhəmiyyətini bir daha nümayiş etdirir.
Laçının azadlığı uzun illər boyu doğma torpaqlarından ayrı düşmüş insanların ən böyük arzularından biri idi. Azərbaycanın səfalı guşələrindən olan bu rayon özünəməxsus təbiəti, zəngin meşələri, dağları, çayları və mineral bulaqları ilə seçilir. Eyni zamanda, coğrafi mövqeyi Laçına hərbi-strateji baxımdan mühüm əhəmiyyət qazandırır. Kiçik Qafqazın dağlıq ərazisində yerləşən rayon Kəlbəcər, Xocalı, Şuşa, Xocavənd və Qubadlı rayonları ilə həmsərhəd olmaqla yanaşı, Ermənistanla sərhəddə yerləşir.
Lakin bu gözəl diyar uzun illər ərzində işğalın ağır nəticələri ilə üz-üzə qaldı. 1992-ci il mayın 18-də Laçının işğalı minlərlə ailənin həyatını dəyişdirdi. İnsanlar doğma evlərini, ata-baba ocaqlarını və illərlə qurduqları həyatlarını geridə qoyaraq Azərbaycanın müxtəlif bölgələrinə köçmək məcburiyyətində qaldılar. 60 mindən artıq Laçın sakini məcburi köçkün həyatı yaşadı. İşğal illərində rayonun yaşayış məntəqələri dağıdıldı, tarixi və dini irsə ciddi ziyan vuruldu, təbii sərvətlər talan edildi.
Laçının işğal altında qalması yalnız ərazi itkisi deyildi. Bu, bütöv bir nəslin doğma torpaq həsrəti ilə yaşaması demək idi. Laçınlılar illər ərzində öz yurdlarına qayıdacaqları günün intizarında oldular. Azərbaycan dövləti isə bütün bu müddət ərzində işğal faktı ilə barışmadı və ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərdən biri kimi müəyyənləşdirdi.
Bu məqsədə gedən yol 2020-ci ildə tarixi Zəfərlə nəticələndi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərbi qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Laçın rayonunun bir sıra əraziləri və yaşayış məntəqələri döyüş yolu ilə azad edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan sonra isə Laçın rayonunun böyük hissəsinin Azərbaycana qaytarılması təmin edildi.
Lakin Laçın şəhərinin özü və Zabux, Sus kəndlərinin azadlığı üçün növbəti mərhələ gözlənilirdi. Yeni Laçın yolunun istifadəyə hazır vəziyyətə gətirilməsindən sonra 2022-ci il avqustun 26-da Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil oldu. Bununla da rayonun tam azad edilməsi istiqamətində mühüm tarixi mərhələ başa çatdı.
Laçında üçrəngli Azərbaycan bayrağının yenidən ucaldılması xalqımız üçün böyük mənəvi əhəmiyyət daşıyan hadisəyə çevrildi. Uzun illər işğal altında qalan şəhərdə dövlət bayrağımızın dalğalanması Azərbaycanın ərazi bütövlüyünün bərpasının və dövlət suverenliyinin təntənəsinin parlaq ifadəsi oldu. Bu Zəfərin arxasında Vətən uğrunda canından keçmiş şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz döyüş əzmi dayanır.
Laçının azadlığı ilə mübarizənin yalnız hərbi mərhələsi deyil, həm də böyük quruculuq mərhələsi başladı. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələrin mühüm istiqamətlərindən biri Laçının yenidən qurulması oldu. Şəhərin tarixi və memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yeni yaşayış məhəllələri salındı, yollar və kommunikasiyalar yeniləndi, sosial infrastruktur yaradıldı. Məktəblər, xidmət və ictimai obyektlər, yaşayış binaları və digər layihələr şəhərin gələcək inkişafı üçün yeni imkanlar formalaşdırdı.
Bu gün Laçın artıq yalnız müharibədən azad edilmiş şəhər kimi deyil, Azərbaycanın sürətli bərpa və inkişaf siyasətinin nümunələrindən biri kimi diqqət çəkir. Təbii imkanları, əlverişli coğrafi mövqeyi və həyata keçirilən investisiya layihələri şəhərin turizm və yaşıl enerji potensialının genişləndirilməsinə şərait yaradır. Bir vaxtlar dağıntılar içində olan məkanlarda yeni həyatın qurulması dövlətin Qarabağ və Şərqi Zəngəzurun gələcəyinə verdiyi önəmin göstəricisidir.
Ən böyük dəyişiklik isə Laçının yenidən insanlarla dolmasıdır. Doğma yurduna qayıdan sakinlər üçün bu, sadəcə yeni evə köçmək deyil, illərlə davam edən həsrətin sona çatmasıdır. Laçın küçələrində insanların gündəlik həyatının bərpası, uşaqların səsinin eşidilməsi və yeni ailələrin şəhərdə məskunlaşması Böyük Qayıdış prosesinin real nəticələrini nümayiş etdirir.
26 Avqust – Laçın Şəhəri Günü bütün bunları özündə birləşdirən xüsusi tarixdir. Bu gün həm keçmişin ağrısını, həm Zəfərin qürurunu, həm də gələcəyə inamı ifadə edir. Laçının timsalında Azərbaycan xalqı bir daha göstərdi ki, doğma torpağa bağlılıq heç bir zaman itmir və milli iradə qarşısında heç bir işğal əbədi ola bilməz.
Laçının azadlığı Azərbaycanın dövlətçilik tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin mühüm nəticələrindən biridir. Güclü ordu, xalq-dövlət birliyi və qətiyyətli siyasi iradə sayəsində illərlə həllini gözləyən ən böyük milli məsələlərdən biri öz tarixi həllini tapdı.
Bu gün Laçın keçmişin yaralarını sağaldaraq gələcəyə doğru inamla addımlayır. Dağlarında dalğalanan Azərbaycan bayrağı, yenidən qurulan şəhəri və doğma yurduna qayıdan insanları ilə Laçın Zəfərin canlı simvollarından birinə çevrilib. 26 Avqust isə bu şəhərin azadlığını, dirçəlişini və Azərbaycanın sarsılmaz dövlətçilik iradəsini xatırladan əlamətdar tarix kimi bundan sonra da xalqımız tərəfindən böyük qürur hissi ilə qeyd olunacaq.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

