Dövlət Suverenliyi Günü Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir
18.09.2026 [11:56]
20 sentyabr – Azərbaycanın çoxəsrlik dövlətçilik salnaməsində mühüm mərhələ, ölkənin bütün ərazisində qanunun, ədalətin və hüququn tam bərqərar olduğu tarixi gündür. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə təsis edilən bu əlamətdar gün, xalqımızın azadlıq mübarizəsinin, sarsılmaz iradəsinin və ərazi bütövlüyü uğrunda apardığı müqəddəs mübarizənin məntiqi zirvəsidir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan uzun illər ərzində hərbi təcavüz, torpaqlarının işğalı və separatizm problemləri ilə üz-üzə qalmışdı. Ölkənin təxminən 20 faiz ərazisinin işğal altında olması dövlət suverenliyinin tam tətbiqinə imkan vermirdi.
2020-ci ilin 44 günlük Vətən müharibəsi ilə işğala son qoyulsa da, Qarabağ bölgəsində qanunsuz mövcudluğunu saxlayan separatçı rejim suverenlik üçün böyük təhdid təşkil edirdi. 2023-cü il sentyabrın 19-da həyata keçirilən və cəmi 24 saat ərzində uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı hərbi birləşmələr tam tərk-silah edildi və ləğv olundu. Ölkənin hər bir nöqtəsində Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarının aliliyi təmin edildi. Azərbaycan öz hüquqi və siyasi suverenliyini tam bərpa etdi.
Dövlət Suverenliyi Günü sadəce bir təqvim tarixi deyil, müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil edən fundamental dəyərlərin təzahürüdür. Bu tarix xalq-iqtidar-ordu birliyinin, Silahlı Qüvvələrimizin peşəkarlığının və qəhrəmanlığının təntənəsidir.
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanaraq öz suveren ərazisində qayda-qanunu tam bərpa edən Azərbaycan, regionda dayanıqlı sülhün və təhlükəsizliyin əsas zəmanətçisinə çevrilmişdir. Suverenlik günü Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhuna olan ən ali ehtiramın ifadəsidir.
Bu gün Azərbaycan Respublikasının dövlət bayrağı Xankəndidə, Xocalıda, Şuşada, Laçında, Kəlbəcərdə və azad olunmuş bütün digər şəhər və kəndlərimizdə qürurla dalğalanır. Suverenliyin tam bərqərar olunması azad edilmiş torpaqlarda "Böyük Qayıdış" proqramının tam miqyasda reallaşdırılmasına, infrastrukturun qurulmasına və dinc həyatın bərpasına geniş imkanlar açmışdır.
20 Sentyabr – Dövlət Suverenliyi Günü hər bir Azərbaycan vətəndaşı üçün müstəqil, qüdrətli və bölünməz Azərbaycanın əbədi yaşayacağının parlaq rəmzidir.
Vüsar İsmayılov
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

