Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Bu gün Azərbaycan Ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir

Bu gün Azərbaycan Ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir

26.06.2014 [11:04]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı rayon Gənclər və idman idarəsi ilə birgə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvvəlcə, bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Daha sonra ölkəmizdə ordu quruculuğu sahəsində görülən uğurlu işlərdən danışan A.Hüseynov vurğulayıb ki, hər il 26 iyun tarixi Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Təbii ki, bu tarix ölkəmizin və xalqımızın ən əhəmiyyətli bayramlarından biridir. Onun sözlərinə görə, ərazisinin 20 faizi işğal altında olan bir ölkə kimi Azərbaycanın güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Aydın Hüseynov vurğulayıb ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən səmərəli tədbirlərin nəticəsi olaraq, artıq Cənubi Qafqazın ən güclü və nizamlı, o cümlədən, təchizat baxımından ən qüdrətli ordusu Azərbaycan Ordusudur: “Bu gün Azərbaycan Ordusu qarşıda duran istənilən vəzifəni uğurla icra etməyə qadirdir. Güclü ordu həm də güclü dövlət deməkdir. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ölkəmizin ordusu da əldə edilən nailiyyətlərə uyğun şəkildə inkişaf edir. Əlbəttə ki, bizim bütün səylərimiz bir məqsədə xidmət edir - Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, işğalçı qüvvələr ölkəmizin zəbt edilmiş torpaqlarından çıxarılsın”.
Rayon Gənclər və idman idarəsinin rəisi Elçin Abbasov isə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıb. Onun sözlərinə görə, atılan məqsədyönlü addımlar nəticəsində gənclərdə vətənpərvərliyin yüksəldilməsinə, sağlam gənc nəslin yetişməsinə nail olunub.
Daha sonra bayram münasibətilə xidmətdə fərqlənən əsgərlər Fəxri fərman və qiymətli əşyalarla mükafatlandırılıb, rayon təşkilatı adından hərbi hissəyə hədiyyələr təqdim olunub.
Sonda Ə.C.Əmirov adına Mədəniyyət sarayının kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Paylaş:
Baxılıb: 828 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30