Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Masallı rayon təşkilatı tədbir keçirib

YAP Masallı rayon təşkilatı tədbir keçirib

11.07.2014 [10:01]

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “1969-2003-cü illərdə Azərbaycanın siyasi, iqtisadi və hərbi inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Əliyev açaraq bildirib ki, xalqı tarixdə yaşadan onun böyük şəxsiyyətləridir: “Azərbaycanın dahi şəxsiyyətlərdən biri də xalqımızın böyük oğlu, Ulu öndər, Türk dünyasının fəxri Heydər Əliyevdir. Ulu öndər mənalı ömrünü Azərbaycan dövlətinin möhkəmləndirilməsinə, inkişafına, təhsilimizin zənginləşdirilməsinə, gənclərin fiziki və mənəvi tərbiyəsinə həsr edib”.
Natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin bütün bölgələrinin ahəngdar inkişafını təmin edib, onun ümumi tərəqqisini hər bir rayonunun, kəndinin, qəsəbəsinin tərəqqisi və yüksəlişi ilə vəhdətdə görüb.
Ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini bildirən Cəlal Əliyev deyib ki, bu gün Ümummilli liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır.
Gənc YAP üzvü Hikmət Babayev məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin müstəqilliyi, iqtisadi potensialının gücləndirilməsi, gənc nəslin yetişdirilməsi Ulu öndər Heydər Əliyevin siyasi kursunda mühüm istiqamətləri təşkil edib.
Sonra gənc YAP üzvlərindən Nemət Abdullayev, Günay Mehrəliyeva, Sərxan Əhmədov, Namiq Miriyev və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs ediblər.
Səlim Loğmanoğlu

Paylaş:
Baxılıb: 964 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30