Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Oğuzda “Yay məktəbi”nin birinci turuna yekun vurulub

Oğuzda “Yay məktəbi”nin birinci turuna yekun vurulub

12.07.2014 [11:20]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin ilk turunun Oğuz qrupu üçün bağlanış mərasimi keçirilib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra qrupun rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva “Yay məktəbi” kimi uğurlu layihənin həyata keçirilməsinə görə YAP rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin hər zaman gəncliyə önəm verdiyini, gənclər üçün hər cür şərait yaradıldığını qeyd edib. Millət vəkili ölkəmizdə gənclər siyasətinin əsasını Ulu öndər Heydər Əliyevin qoyduğunu, Prezident İlham Əliyevin bu siyasəti layiqli şəkildə davam etdirdiyini qeyd edib.
S.Vəliyeva “Yay məktəbi”nin önəmindən danışaraq, layihənin gənclər üçün həm bilik səviyyəsinin artırılması, həm də istirahət baxımından əvəzedilməz olduğunu vurğulayıb.
YAP GB-nin ofisinin koordinatoru Aytən Hüseynova layihənin I turunun uğurla yekunlaşması münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra qrupların hazırladıqları qısametrajlı videoçarxlar nümayiş olunub və təltifetmə mərasimi keçirilib.
“İdeoloji video” nominasiyasında “İşıqlı gələcək”, “Maarifləndirici video” nominasiyasında “Qırmızı kart”, “Yumoristik video” nominasiyasında “Odlar yurdu”, “Vətənpərvər video” nominasiyasında “Qarabağ” komandası qalib elan edilərək, təşəkkürnamə ilə təltif ediliblər. Sonra fəal gənclərə təşəkkürnamələr təqdim olunub.
Rəsmi hissənin sonunda qrup kapitanları YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevaya hədiyyələr təqdim ediblər.
Tədbirdən sonra gənclərin ifasında KVN və diskoteka təşkil edilib.

Paylaş:
Baxılıb: 982 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30