“Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş”
24.07.2014 [10:00]
“Yay məktəbi” layihəsinin III turu çərçivəsində Lerikdə bu mövzuda seminar keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin III turu Lerik rayonundakı “Relax” istirahət mərkəzində öz işini davam etdirir. Layihə çərçivəsində dünən “Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş” mövzusunda təlim, müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb. Həmçinin, Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmasının 21 illiyi ilə əlaqədar anım mərasimi olub. Günün ikinci yarısında isə interaktiv oyunlar və idman yarışları təşkil edilib.
Təlimlərdən öncə Ağdam rayonunda həlak olan şəhidlərin ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan olunub. Bildirilib ki, işğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kənd, 10 kolxoz, 2 sənaye, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyekti düşmən əlinə keçib.
Sonra “Gənclərin İKT bacarıqlarının artırılması, sosial media ilə iş” mövzusunda seminar keçirilib. Seminarın moderatoru Sitarə Nəsirova XXI yüzilliyi informasiya əsri kimi səciyyələndirərək müasir dövrdə İKT-nin inkişafının strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb: “İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi müsbət məqamlarla yanaşı, bir sıra zərərli tendensiyaların meydana çıxmasına səbəb olur. İnformasiya cəmiyyəti bir çox fundamental xüsusiyyətləri ilə digər sosium növlərindən fərqlənir. Belə ki, bu növ sosiumda cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması, daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması təməl xüsusiyyətlər kimi səciyyələndirilir. Eyni zamanda, informasiya cəmiyyətində insanların effektiv qarşılıqlı informasiya əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılması müşahidə olunur. Bütün bunlarla yanaşı, informasiya cəmiyyətində bir sıra potensial təhlükə və təhdid mənbələri, meyilləri də mövcud olur. Kütləvi informasiya vasitələri ən müxtəlif məqsədlər naminə fərqli formalardan istifadə edirlər ki, bu amil ictimai rəyin formalaşması və istiqamətləndirilməsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Modern informasiya cəmiyyətlərində media institutlarının informasiyadan siyasi manipulyasiya məqsədilə istifadə etmələri, demək olar ki, qanunauyğun hala çevrilib. Sosial medianın meydana çıxması və internetdən istifadə imkanlarının genişlənməsi informasiya təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb”.
Sonra “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda təlim keçən YAP Yasamal rayon təşkilatının fəal üzvü Həsən Hüseynzadə bildirib ki, müasir dünyanı İKT-siz təsəvvür etmək mümkün deyil: “Məhz İKT-nin imkanlarından istifadə etməklə bu gün sosial şəbəkələr yaranıb və onun vasitəsilə insanlar bir-birləri ilə təmas qururlar. Eyni ilə, YAP Gənclər Birliyinin üzvləri də daim sosial şəbəkələrdə fəal olmağa çalışır. Bu gün ölkəmizdə aparılan sürətli abadlıq-quruculuq işlərini görmək istəməyənlər var. Əsasən radikal müxalifət partiyaları, onlara aid olan media qurumları və ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Təbii ki, biz onların qarşısında susmuruq və tutarlı arqumentlərimizi ortaya qoyuruq”.
Təlimlərdən sonra gəncləri maraqlandıran bir neçə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Günün ikinci yarısında müxtəlif intellektual yarışlar və YAP-çı qızlar arasında “Katamaran” yarışı keçirilib. Daha sonra flaşmob təşkil olunub.
Eyni zamanda, layihənin iştirakçısı olan gənclər “Yay məktəbi”nin əhəmiyyətini vurğulayıblar. YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Şəfəq Əhmədova artıq 7 ildir ki, “Yay məktəbi”nin fəal gənclərimizin liderlik bacarıqlarının inkişaf etməsinə və onlarda olan vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, dostluq əlaqələrinin genişləndirilməsinə şərait yaratdığını deyib: “Artıq üç gündür ki, Lerik rayonundayıq. Burada gənclərə yaradılan şərait, təlim və seminarlar, eləcə də intellektual oyunlar yüksək səviyyədədir. Lerikdə keçirdiyim günlər ərzində, Yeni Azərbaycan Partiyasının gənclərə olan maraq və qayğısının şahidi oldum. Eyni zamanda, gənclər də onlara göstərilən etimadı ən yaxşı formada doğrultmağa çalışırlar. Ümid edirəm ki, bu gün burda təmsil olunan partiyadaşlarımın böyük əksəriyyəti gələcəkdə Azərbaycanın ictimai-siyasi həyatında böyük rola sahib olacaqlar. Sonda yaradılan bütün bu şəraitə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Ramil Qəribov bildirib ki, “Yay məktəbi” layihəsinə gənclər arasında böyük maraq var: “Bu səbəbdəndir ki, layihə hər ötən il daha da genişlənir, proqram daha da zənginləşir. Bu tədbir gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, siyasi biliklər qazanmaları baxımından əhəmiyyətlidir. Təkcə bu faktı deyə bilərəm ki, layihə vasitəsi ilə mən Bakı və digər regionlardan olmaqla xeyli sayda dost qazanmışam. Yəni, “Yay məktəbi” dost qazanmaq baxımından da çox önəmlidir”.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Bayram Aslanov isə qeyd edib ki, “Yay məktəbi” Azərbaycan gəncliyinin həyatında öz siyasi və iş karyeralarının başlanması baxımından cox önəmli yerlərdən birini tutur: “Belə ki, gənclərimiz burada olduqları müddətdə bir çox təlim və seminarlarda iştirak edir, bölgələrimizdən gəlmiş gənclərimizlə geniş diskussiyalar keçirirlər. Nəticə olaraq onlar bölgələrimizi daha yaxından tanımış olurlar. Məktəb vaxtı təşkil olunmuş oyunlar zamanı belə, milli-mənəvi dəyərlərə daha çox yer ayrılır və gənclərin diqqəti bir daha tariximizə və dəyərlərimizə cəlb edilir. Eyni zamanda, layihə çərçivəsində gənclərə öz potensiallarını üzə çıxarmaq imkanları yaradılır”.
YAP Gənclər Birliyi Ofisinin əməkdaşı Orxan Fəxrəddinovun fikrincə isə, “Yay məktəbi” layihəsi gənclərə ən xoş təəssüratlar bağışlayır: “Layihə çərçivəsində keçirdiyimiz günlər həm istirahət, həm dünya görüşünün artması, həm də maraqlı diskussiyalarla yaddaqalan olur. Qədim tarixə, əsrarəngiz təbiətə malik olan Lerikə səfərimiz xoş ovqat yaratdı. Xüsusən də respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş YAP gəncləri ilə tanışlıq bizə yeni dostlar qazandırmaqda davam edir. Burada gənclər tərəfindən gündəlik olaraq müxtəlif mövzuda seminarlar, təlimlər, flaşmoblar həyata keçirilir”.
Gənclər belə bir şərait yaradıldığına görə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Taleh Bağırov,
“İki sahil”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42

