/ / “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru”
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru”
28.07.2014 [13:25]
Lerikdə “Yay məktəbi” layihəsinin IV turu öz işini uğurla davam etdirir
İyulun 28-də Lerik rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turu öz işini davam etdirib. “Yay məktəbi”nin IV turunun ikinci günündə müxtəlif mövzularda diskussiyalar aparılıb, interaktiv oyunlar və idman yarışları keçirilib.
Öncə layihə iştirakçıları “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru” mövzusunda diskusiyada iştirak ediblər.
Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstətdiyini vurğulayıb. Qeyd olunub ki, Ulu öndər respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə çox qısa bir zamanda Azərbaycan orta səviyyəli aqrar ölkədən keçmiş SSRİ-nin ən inkişaf etmiş sənaye respublikalarından birinə çevirildi.
Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən respublikaya rəhbərliyi dövründə azərbaycançılıq ideologiyasının əsasının qoyulması, milli özünüdərkin bərpası kimi tarixi xidmətlər göstərdiyini deyən qrup rəhbəri Ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması olduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldığını diqqətə çatdıran qrup rəhbəri qeyd edib ki, ümumxalq partiyası olan YAP ötən dövr ərzində öz səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
“Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə, Azərbaycan üçün çox ağır bir zamanda yenidən hakimiyyətə gəldi. O dövrdə Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı, ölkə vətəndaş müharıbəsinin astanasında idi. Qarabağ cəbhəsində uğursuzlar davam edirdi, hər ötən gün Vətən torpağının daha bir hissəsini itirirdik, vahid komandanlığın olmaması səbəbindən milli ordu pərən-pərən olmuşdu, hər gün cəbhədən iğid oğullarımızın ölüm xəbərlərini eşidirdik. Məhz Ümummilli lider Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dövləti dağılmaq təhlükəsindən xilas oldu. Qarabağ cəbhəsində atəşkəsə nail olundu. Qısa müddətdə ölkədə siyasi sabitlik bərqərar oldu. Tamamilə dağılmış ölkə iqtisadiyyatının inkişafının təməli qoyilmuş oldu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan xarici sərmayadarların maraq dairasinə çevrildi, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb olunmağa başladı. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrildi. Ulu öndərin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirdi və etibarlı tərəfdaşa çevrildi”, - deyən Aydın Hüseynov daha sonra vurğulayıb ki, vətənini sevən hər bir gənc Azərbaycan dövləti qarşısında belə misilsiz xidmətlərinə görə hər zaman Heydər Əliyevin ruhu qarşımında minnətdarlıqla baş əyməli, Onu dərin ehtiramla yad etməlidir.
Bu gün müasir müstəqil Azərbaycanın Ümummilli liderin ideyaları əsasında inkişaf etdiyini bildirən qrup rəhbəri daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir.
“Məhz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat hesab olunur. Məhz bu siyasət nəticəsində dünya ölkələrini bürüyən iqtisadi böhran ölkəmizdən yan keçdi. Ölkəmizdə bütün sahələrdə inkişaf davam etməkdədir. Bu inkışaf təkcə paytaxt Bakı ilə məhdudlaşmır. İndi respublikanın ən ucqar rayonunda belə iqtisadi inkişaf hiss olunur. Ölkə ərazisi, demək olar ki, bütünlükdə , böyük tikinti meydançasını xatırladır. Hə il yeni-yeni sənaye müəssisələri yaradılır, yeni istehsal sahələri istifadəyə verilir. Bütün bunlar isə sözsüz ki, vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edir ”, - deyən qrup rəhbəri daha sonra vurğulayıb ki, məhz bunun nəticəsində ölkədə yoxsulluğun səviyyəsi və işsizlik demək olar ki, ən minimuma enib.
Diskusiyalarda iştirak edən gənclər Azərbaycanın iqtisadi inkişafında Ulu öndər Heydər Əliyevin xidmətlərini sadalamaqla yanaşı, Prezident İlham Əliyevin də misilsiz xidmətlərini vurğulayıblar. Qeyd olunub ki, məhz İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində bu gün ölkə iqtisadiyyatı böyük inkişaf tempi götürüb. Neft gəlirlərindən güzgün istifadə nəticəsində xalqın rifahı ildən-ilə daha da yaxşılaşır. Eyni zamanda dövlətimiz gənclərin təhsilənə də böyük diqqət yetirir. Hər il dövlət büdcəsi hesabına minlərlə gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir. Çıxışlarda qeyd olunub ki, ümumiyyətlə Azərbaycanda uğurlu gənclər siyasəti yürüdülür. 2012-ci ildə Avropanın ən nüfuzlu musiqi yarışması olan “Evrovision” mahnı musabiqəsinin Bakıda uğurla keçirilməsi, həmçinin gələn il tarixdə ilk dəfə olaraq keçiriləcək Avropa Olimpiya Oyunlarıa ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinin bariz nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyinin, gənclərin fiziki hazırlığının yüksəlməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə dəvlət səviyyəsində böyük qayğı göstərilməsini təsdiqləyir. Gənclər öz çıxışlarındə, həmçinin qeyd ediblər ki, bu işdə Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərinin olduğunu vurğulayıblar.
Sonra gənclərin sualları cavablandırılıb və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Fasilədən sonra “Azərbaycan cəmiyyətində ailənin rolu” mövzusunda seminar keçirilib. Qrup rəhbəri Aydın Hüseynov Azərbaycan ideal ailə nümunəsində Heydər Əliyev və Zərifə xanım Əliyevaın bir-birlərinə olan sonsuz sevgisini misal göstərib. Bütün qadağalara baxmayaraq, nəhayət Onların ideal ailə qurmağa müvəffəq olduqlarını xatırladıb. Eyni zamanda İlham Əliyev və Mehriban xanım Əliyevanın timsalında bu ideal ailə ənənəsinin uğurla davam etdiyini vurğulayıb. “Dünya dövlətlərinə nəzəz yetirsək, heç bir ölkənin birinci xanımının Mehriban Əliyeva kimi gərgin fəaliyyətini görə bilmərik. Mehriban xanım Əliyeva diğər mühüm işləri ilə yanaşı, tarixdə ilk dəfə keçiriləcək, ümumuyyətlə gələcək üçün bir etalona, standarta çevriləcək ilk Avropa Oyunlarının təşkilat komitəsinə rəhbərlik edir. Öz yorulmaz fəaliyyəti ilə Prezidentimizlə çiyin-çiyinə çalışır,Ona dəstək verir.Bax, budur ideal ailə”, - deyə Aydın Hüseynov vurğulayıb.
Mövzu ətrafında çıxış edən gənclər də Prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın ailə cütlüyünü ideal ailə kimi gördüklərin vurğulayıblar, eyni gənclərrin də Onlardan nümunə götürməyi tövsiyyə ediblər.
Sonra seminar mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

