Gəncliyin inkişafı Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamətlərdəndir
02.08.2014 [11:33]
Gənclər onlara göstərilən xüsusi diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasına minnətdarlıq edirlər
Xəbər verdiyimiz kimi, Lerik rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turu başa çatıb. 5 günlük “Yay məktəbi” çərçivəsində gənclər ümumilikdə elmi-nəzəri və praktik nöqteyi-nəzərdən aktuallıq kəsb edən məsələlərə dair seminar, “dəyirmi masa”, təlim və diskussiyalarda iştirak ediblər, intellektual oyunlarda öz potensiallarını zənginləşdiriblər.
Öz növbəsində, “Yay məktəbi”ndə iştirak edən gənclər məktəbin işini, təşkil olunma səviyyəsini, aparılan diskussiyaları yüksək qiymətləndirməklə yanaşı, belə tədbirlərin təşkili üçün Yeni Azərbaycan Partiyasına da xüsusi minnətdarlıq ediblər.
Məsələn, YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri, Lerik IV tur qrupunun məsul şəxsi Ramiz Yusubov deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib: “Yeni Azərbaycan Partiyası gənclərin fəallığına, ictimai-siyasi proseslərdə aktiv təmsil olunmasına, intellektual imkanlarının artmasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, bu gün YAP-ın ətrafında sağlam düşüncəli gənclər birləşib”.
YAP Gənclər Birliyinin təşkil etdiyi yay məktəblərinin gənclərin inkişafına əhəmiyyətli töhfələr verdiyini deyən Lerik IV tur qrupunun məsul şəxsi, YAP Yasamal rayon təşkilatının fəalı Məmmədbağır Məmmədovun sözlərinə görə, belə tədbirlər gənc fəallara öz asudə vaxtlarından səmərəli istifadə etməyə imkan yaradır. “Eyni zamanda, burada gənclər arasında yeni dostluq münasibətləri formalaşır, gənclər öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanları əldə edirlər. Deyə bilərəm ki, Lerik rayonunda keçirilən “Yay məktəbi”nin IV turu öz səmərəli nəticələrinə görə çox əlamətdar oldu”, - deyə M.Məmmədov vurğulayıb.
YAP Abşeron rayon təşkilatının gənc fəalı Çingiz İsmayılov isə bildirib ki, Yeni Azərbaycan Partiyası gənclərin böyük hamisidir. “İctimai-siyasi proseslərdə milli maraqlar əsasında çıxış edən gənc YAP fəalları cəmiyyətin ən dinamik təbəqəsini təşkil edirlər. Onlar öz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edir və dövlətçiliyimizin möhkəmlənməsinə, milli inkişafımıza xüsusi töhfələr verirlər”, - deyə Ç.İsmaylov vurğulayıb.
O bildirib ki, YAP Gənclər Birliyinin 2007-ci ildən bəri təşkil etdiyi yay məktəbləri hər il özünün spesifik yenilikləri və zəngin proqramları ilə seçilir: “Proqramda gəncləri maraqlandıran məsələlər öz əksini tapır ki, bu da gənc fəalların bilik və bacarıqlarının ortaya çıxarılması, inkişaf etdirilməsi baxımından əhəmiyyət kəsb edir. Gənclər bu məktəblərdə yeni biliklər və vərdişlər əldə edir, müəyyən təcrübələr qazanırlar”.
YAP Yasamal rayon təşkilatının gənc fəalı İlkin Şərifov da Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsini olduqca yüksək qiymətləndirib. Onun sözlərinə görə, layihə çərçivəsində Lerik IV tur qrupunun 5 günlük fəaliyyəti - təşkil edilən diskussiya və tədbirlər kifayət qədər səmərəli olub: “Ümumiyyətlə, tur çərçivəsində təşkil edilən diskussiyalar, təlimlər və seminarlar gənclər tərəfindən yüksək qiymətləndirildi. Bir məqamı da qeyd etmək istəyirəm ki, yay məktəblərinə ayrı-ayrı regionları təmsil edən gənclər qatılır, daha sonra isə onlar arasında sıx əməkdaşlıq və dostluq münasibətləri qurulur”.
YAP Yasamal rayon təşkilatının digər fəalı Ziyadə Yusubova isə gənclər siyasətinin Yeni Azərbaycan Partiyasının fəaliyyətində prioritet istiqamət olduğunu qeyd edərək diqqətə çatdırıb ki, gənclərin YAP-ı seçməsi onların partiyamıza olan inam və ümidlərinin göstəricisidir: “Hər bir sağlam düşüncəli gənc özünün parlaq perspektivini Yeni Azərbaycan Partiyasında görür. Çünki Yeni Azərbaycan Partiyası Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərərək daim möhtəşəm qələbələr qazanır. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu daxili və xarici siyasət həyata keçirilir. Əldə edilən bütün uğurlar Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasına üz tutmasını şərtləndirir”.
Onun sözlərinə görə, Lerik rayonunda təşkil edilən “Yay məktəbi”nin IV turu öz səmərəli nəticələri ilə yadda qaldı: “Gənclər müxtəlif xarakterli diskussiya və seminarlarda iştirak etdilər, interaktiv oyunlar keçirdilər, özlərinin bilik və bacarıqlarını inkişaf etdirdilər. Bir sözlə, yay məktəbləri gənc fəalların aktivliyini, intellektual potensialları və ünsiyyət imkanlarını artıran, onların asudə vaxtının səmərəli təşkil olunmasını şərtləndirən mühüm amildir”.
“Yay məktəbi”ndə təmsil olunan gənclərin fəallığı xüsusilə diqqəti cəlb etdi. Deyə bilərəm ki, gənclərin fəallığı məktəbin işinin səmərəli olmasına əhəmiyyətli töhfələr verdi. Bu baxımdan, Lerik IV tur qrupunun işini, 5 günlük turun nəticələrini yüksək qiymətləndirəm”. Bu fikirləri isə YAP Yasamal rayon təşkilatının fəalı Dürdanə Ələsgərova söyləyib.
YAP Qaradağ rayon təşkilatının üzvü Emin Şıxəliyev də öz növbəsində Lerik IV tur qrupunun təmsil olunduğu “Yay məktəbi”nin işini yüksək qiymətləndirdiyini bildirib. O deyib ki, gənclər tur çərçivəsində öz asudə vaxtlarından səmərəli istifadə etdilər, yeni dostlar və biliklər qazandılar: “Ümidvarıq ki, gənclərin böyük hamisi olan Yeni Azərbaycan Partiyasının dəstəyi ilə gənc fəallar yeni nailiyyətlər əldə edəcəklər”.
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü Kövsər Şahbazova da “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turunun mühüm nəticələrlə yadda qaldığını bildirib: “Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının bu cür xüsusi diqqət və qayğısı gənclərə stimul verir. Gənc fəallar öz potensiallarından səmərəli istifadə etmək istəyindədirlər. Ümumxalq partiyası olan YAP öz diqqəti ilə gənclərə bu imkanı yaradır, gənc fəalların uğurlu fəaliyyətinə əlverişli şərait formalaşdırır. Biz gənclər bütün bunlara görə Yeni Azərbaycan Partiyasına sonsuz təşəkkür edirik”.
YAP Göygöl rayon təşkilatının fəalı Dünyavi Məmmədovanın sözlərinə görə, “Yay məktəbi” gənclərə intellektual potensialın artırılması, yeni biliklər və təcrübə qazanmaq üçün əhəmiyyətli imkanlar açır. “Bu cür layihələr gənclərdə olduqca müsbət təəssüratlar yaradır, onları milli maraqlar ətrafında sıx birləşdirir”, deyə D.Məmmədova vurğulayıb.
YAP Mingəçevir şəhər təşkilatı Gənclər Birliyinin üzvü Vəfa Məsməliyeva isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətindən və YAP-ın gənclərə olan qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycan cəmiyyətində gənclərin fəallığı aşkar hiss olunur: “Rasional düşüncəli gənclər ictimai-siyasi proseslərə dövlətimizin milli maraqlarını rəhbər tutaraq qoşulurlar. Heç şübhəsiz, sağlam təfəkkürlü gənclərin formalaşmasında Prezident İlham Əliyevin və Onun Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının xidmətləri misilsizdir. Ona görə də, gənclər Ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq olan Yeni Azərbaycan Partiyasının və partiyamızın Sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. “Yay məktəbi”nə gəlincə, ümumiyyətlə, bu layihə gənclərin intellektual inkişafına xidmət edir. Zənnimcə, iştirak etdiyimiz Lerik IV turu da bu baxımdan kifayət qədər faydalı oldu”.
“Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin hər il təşkil etdiyi “Yay məktəbi” gənclərin bilik və bacarıqlarını artırmaq və nümayiş etdirmək üçün mühüm əhəmiyyət kəsb edir”. Bu sözləri isə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvü Aysel Məmmədova deyib. YAP-ın gənclər siyasətinin əhəmiyyətini vurğulayan A.Məmmədovanın sözlərinə görə, gənclərin alternativsiz seçimi Cənubi Qafqazın ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyasıdır. O bildirib ki, Yeni Azərbaycan Partiyasının gənclərə olan diqqəti təqdirəlayiq haldır.
“Düşünürəm ki, Lerik rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turu öz işini uğurla başa vurdu. Yeni dostluqlar və səmimi münasibətlər yarandı, gənclər əhəmiyyətli biliklər əldə etdilər. Buna görə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlığımı bildirirəm”, - deyə A.Məmmədova əlavə edib.
YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin üzvü Rafael Məmmədov da ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrinə toxunub və qeyd edib ki, əsasını Ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Bunun timsalında Yeni Azərbaycan Partiyası gənclərin səmərəli fəaliyyətinə əlverişli şərait yaradır, gənclərə yeni imkanlar açır. “Yay məktəbi” də gənc fəalların inkişafına xidmət edir”, - deyə o qeyd edib.
YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin üzvü Yapon Hacıyevin sözlərinə görə isə, intellektual potensiala malik olan gənclərin bu cür mühüm əhəmiyyət kəsb edən layihələrə cəlb edilməsi sevindirici haldır. Bunun da nəticəsidir ki, gənclərin ictimai-siyasi fəallığı getdikcə daha da artır və önəmli nəticələr əldə olunur. “Lerik rayonunda təşkil edilən “Yay məktəbi”nin IV turu, həqiqətən, unudulmaz və əlamətdar oldu”, - deyə Y.Hacıyev vurğulayıb.
“Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi bu layihə gənclər tərəfindən yüksək qiymətləndirilir. Çünki belə tədbirlər bir tərəfdən cəmiyyətin ən aktiv təbəqəsi olan gənclərin öz ideya və fikirlərini həyata keçirmələri üçün mühüm platforma yaradır, digər tərəfdən isə, bacarıqlar və vərdişlərin inkişafı üçün əlverişli imkanlar açır. 5 gün davam edən tur çərçivəsində əhəmiyyətli fikir mübadiləsi apardıq, asudə vaxtlarımızı səmərəli dəyərləndirdik. Mən öz növbəmdə Yeni Azərbaycan Partiyasına xüsusi minnətdarlığımı bildirirəm”. Bunu isə YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin üzvü Aqil Quliyev bildirib.
YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin üzvü İstəməz Əmirəhmədova da öz növbəsində Lerik rayonunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Gənc liderlər” gənc siyasətçilər üçün “Yay məktəbi” layihəsinin IV turunu yüksək qiymətləndirib. Gənclərin fəallığının artırılmasına və intellektual imkanlarının genişlənməsinə xidmət edən bu cür layihələrin əhəmiyyətindən danışan İ.Əmirəhmədova əlavə edib ki, bütün bunlar ümumxalq partiyası olan YAP-ın gənclərə olan xüsusi diqqət və qayğısını göstərir. “Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, gənclərin birmənalı seçimidir”, - deyə o vurğulayıb.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

