Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gənclər Birliyinin ofisində dil kurslarını bitirən gənclərə sertifikatlar təqdim olunub

YAP Gənclər Birliyinin ofisində dil kurslarını bitirən gənclərə sertifikatlar təqdim olunub

14.10.2014 [09:54]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində təşkil olunmuş rus dili kurslarının 1-ci mərhələsinin bağlanışı, 2-ci mərhələsinin isə açılışı keçirilib. Tədbir çərçivəsində, həmçinin, ingilis dili kurslarının açılışı olub. Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov, gənclərə ingilis dilini tədris edəcək müəllim Sədcad Mahmudov və kursun iştirakçısı olan gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov müasir dövrdə xarici dil bilməyin əhəmiyyətini vurğulayaraq, bildirib ki, YAP Gənclər Birliyinin təşkil etdiyi dil kurslarının əsas məqsədini gənclərimizin xarici dil biliklərinin artırılması və onların dil vərdişlərinə yiyələnməsi təşkil edir. S.Orucov qeyd edib ki, artıq kurslarda ingilis dili üzrə 209, rus dili üzrə 160 gənc qeydiyyatdan keçib. Xarici dil vərdişlərinə yiyələnməyin vacib olduğunu qeyd edən S.Orucov ümidvar olduğunu bildirib ki, gənclərimiz dil biliklərini daha da təkmilləşdirərək, ölkəmizi müxtəlif beynəlxalq əhəmiyyətli tədbirlərdə layiqincə təmsil edəcəklər.
Daha sonra kurs müddətində xarici dilləri tədris edəcək müəllimlər dərslərin keçirilmə strukturu haqqında məlumat veriblər.
Tədbirin sonunda dil kurslarının 1-ci mərhələsini bitirən gənclərə sertifikatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 873 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30