Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib

YAP Abşeron rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla bağlı tədbir keçirilib

16.10.2014 [09:26]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının binasında YAP Abşeron rayon təşkilatı Qadınlar Şurası “Bələdiyyə seçkilərində qadınların fəallığı” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev açaraq rayonda qadınların ictimai işlərdə fəallığı, eləcə də, bələdiyyə seçkilərinə hazırlıq barədə danışıb, rayon qadınlarını bu seçkilərdə istər aktiv, istərsə də passiv seçki hüququnun reallaşdırılması işində yaxından iştirak etməyə səsləyib.
Natiq onu da vurğulayıb ki, YAP Abşeron rayon təşkilatı növbəti bələdiyyə seçkilərində də qadınların və gənclərin təmsilçiliyinə xüsusi önəm verəcək. Bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən ən fəal, əhali arasında nüfuzu olan, intellektual cəhətdən inkişaf etmiş qadınlar və gənclərə üstünlük veriləcək.
Daha sonra YAP Abşeron rayon təşkilatı Qadınlar Şurasının sədri Təyyubə Hüseynova və rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova çıxış edərək növbəti bələdiyyə seçkilərində də qələbə qazanmaq üçün rayon təşkilatının təşkilati və hazırlıq işləri ilə əlaqədar atacağı addımlar barədə danışıblar. Belə ki, təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq, mövcud qanunvericilik əsasında seçkilərə start verildikdən sonra bütün prosedur qaydalarına əməl ediləcək. Artıq seçki qərargahı yaradılıb, müşahidəçi və məşvərətçilər, imza toplayan YAP fəalları və təşviqat qrupunun üzvləri müəyyən edilib.
Çıxışçılar əmin olduqlarını bildiriblər ki, partiya və onun rayon təşkilatı bu seçkilərdə də uğur qazanacaq.

Paylaş:
Baxılıb: 938 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30