Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qazax rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasını uğurla həyata keçirir

YAP Qazax rayon təşkilatının Seçki Qərargahı təbliğat kampaniyasını uğurla həyata keçirir

02.12.2014 [09:14]

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesi Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı tərəfindən də uğurla həyata keçirilir. Vurğulamaq lazımdır ki, Qazax rayon təşkilatı bu seçkilərə mütəşəkkil şəkildə hazırlaşıb. Artıq dekabrın 1-dən rayon təşkilatında yaradılmış Seçki Qərargahının üzvləri tərəfindən təbliğat-təşviqat plakatları xüsusi ayrılmış lövhələrə yapışdırılıb.
Qeyd edək ki, YAP Qazax rayon təşkilatında seçkilərə hazırlıqla bağlı 13 nəfərdən ibarət Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu fəaliyyət göstərir ki, onlar da işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. Rayon təşkilatı tərəfindən 106 saylı Tovuz-Qazax-Ağstafa və 107 saylı Qazax seçki dairələri üzrə 17 bələdiyyəyə ümumilikdə 165 nəfər şəxsin namizədliyi irəli sürülüb.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 841 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30