YAP növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir
03.12.2014 [09:32]
YAP Tərtər rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərlə görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında bələdiyyə seçkilərində partiya tərəfindən Tərtər rayonu bələdiyyələrinə irəli sürülmüş namizədlərlə görüş keçirilib. Görüşdə partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri - millət vəkilləri Tahir Rzayev, Bəxtiyar Sadıqov, Elman Məmmədov, həmçinin, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Görüşü giriş sözü ilə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov açaraq bildirib ki, Tərtər rayonu üzrə 2 seçki dairəsi mövcuddur: 95 saylı Tərtər və 97 saylı Goranboy-Tərtər-Ağdam Seçki Dairəsi.
Ramiz Şabanovun sözlərinə görə, Tərtər rayonu üzrə ümumilikdə 25 bələdiyyəyə seçki keçiriləcək ki, onlardan 1-i şəhər, 24-ü isə kənd bələdiyyələridir: “Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı 25 bələdiyyə üzrə seçkilərdə iştirak etmək üçün 229 nəfər partiya üzvünün namizədliyini irəli sürüb. Bu namizədlərin 40 faizdən çoxunu qadınlar və gənclər təşkil edir”.
Onun sözlərinə görə, dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkiləri ilə əlaqədar YAP Tərtər rayon təşkilatında 13 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bunun ardınca hər bir məntəqədə fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlər və müşahidəçilər təyin edilib, eləcə də təbliğat kampaniyasında iştirak edəcək fəalların tərkibi müəyyənləşdirilərək rayon təşkilatının müvafiq tarixli heyət iclaslarında təsdiq olunub.
Sonra millət vəkilləri Elman Məmmədov və Bəxtiyar Sadıqov çıxış edərək namizədlərlə bağlı fikirlərini, həmçinin, təbliğat-təşviqat kampaniyası dövründə atılmalı olan addımlarla bağlı tövsiyələrini səsləndiriblər. Natiqlər həmçinin, ölkəmizin ötən 10 ildə keçdiyi inkişaf yolundan və əldə etdiyi nailiyyətlərdən danışıblar. Qeyd edilib ki, dövlət başçısının həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının nəticələrindən bu gün hər bir Azərbaycan vətəndaşı bəhrələnir.
Sonda məruzə ilə çıxış edən millət vəkili Tahir Rzayev bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyə üzvlərinin hüquq və vəzifələri, həmçinin, bələdiyyə qanunları barədə ətraflı məlumat verib. Millət vəkili onu da bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərində də qalib gəlmək əzmindədir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

