Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatında toplantı keçirilib

YAP Abşeron rayon təşkilatında toplantı keçirilib

03.12.2014 [09:38]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatında bələdiyyə seçkilərində iştirak edəcək namizədlərlə görüş keçirilib. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi Əsəd Hüseynov iştirak ediblər.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev qeyd edib ki, bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılıb. Natiq daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da inkişaf prosesinə öz töhfələrini verməkdədir. Ona görə də, bələdiyyə seçkilərində bu siyasətdə özünəməxsus yeri olan YAP-ın namizədlərinə səs verməliyik”.
Daha sonra tədbirdə çıxış edən millət vəkili Hadı Rəcəbli YAP-ın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlərə daha fəal çalışmağı, partiyanın onlara göstərdiyi etimadı doğrultmağı tövsiyə edib. Natiq inandığını bildirib ki, bütün siyasi kampaniyalarda öz fəaliyyəti ilə fərqlənən Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatı bu seçkilərdə də böyük nailiyyətlər qazanacaq.

Paylaş:
Baxılıb: 714 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30