Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurası akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirib

YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurası akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş konfrans keçirib

28.04.2015 [10:07]

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının Qadınlar Şurası Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Şərəfli ömrün hekayəsi” mövzusunda elmi-nəzəri konfrans keçirib. Konfrans iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
Tədbiri giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Əsgərova, Zərifə xanım Əliyevanın ömür yolundan, fəaliyyətindən danışıb. O qeyd edib ki, Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaq.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Rahilə Məmmədova, YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurası İdarə Heyətinin üzvü Dilşad İlyasova, Mingəçevir Politexnik İnstitutunun müəllimi Kifayət Məmmədova və 13 saylı orta məktəbin direktoru, Əməkdar müəllim Tünzalə Seyidova çıxış edərək, böyük şəxsiyyət Zərifə xanım Əliyevanın keçdiyi ömür yolu haqqında öz fikirlərini bölüşüblər.
Sonda şəhər İcra Hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edərək Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətlərindən və oftalmologiya sahəsində imza atdığı yeniliklərdən, uğurlardan ətraflı bəhs edib.

Paylaş:
Baxılıb: 827 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30