Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi həmişə ürəklərdə yaşayacaq

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi həmişə ürəklərdə yaşayacaq

28.04.2015 [10:09]

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatı Qadınlar Şurasının sədri Minə Quliyeva, mərkəzi rayon xəstəxanasının həkimləri Dilarə İdrisova, Lalə Uqalayeva çıxış edərək, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs ediblər.
Natiqlər qeyd ediblər ki, görkəmli alim Zərifə xanım Əliyeva bütün ömrünü oftalmologiya elminin inkişafına həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.
Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi.
Çıxış edənlər Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını bildiriblər.

Paylaş:
Baxılıb: 847 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30