YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb
14.10.2015 [10:51]
Deputatlığa namizəd Hikmət Babaoğlu parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gəncləri ilə görüşüb
Dünən 19 saylı Nərimanov birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclis üzvlüyünə namizədi Hikmət Babaoğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində Nərimanov rayon gəncləri ilə görüşü olub.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının sədri Təmraz Tağıyev tədbir iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib. T.Tağıyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu qeyd edib. O, eyni zamanda, parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. T.Tağıyev gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklərinə əminliyini vurğulayıb.
Çıxış edən gənc fəal Nərminə Yunusova Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. Həmçinin N.Yunusova, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib.
Digər gənc fəal Azər Quliyev də çıxışında YAP-ın deputatlığa namizədi Hikmət Babaoğluna uğurlar arzulayıb. Seçkilərdə YAP-ın namizədinə səs verəcəyini deyən A.Quliyev Hikmət Babaoğlunu uğurlu namizəd kimi xarakterizə edib. O, bütün gəncləri seçkilərdə YAP-ın namizədinə səs verməyə çağırıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər ordusunun bu seçkilərdə də yüksək fəallıq göstərərək etimadı doğruldacaqlarını, YAP-ın namizədlərinin qələbə qazanacaqlarına əmin olduğunu deyib. O bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Hikmət Babaoğlunun yüksək intellektual, elmi-siyasi potensialının olduğunu deyən Y.Babanlı gəncləri YAP-ın namizədinə səs verməyə çağırıb.
Çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan gəncliyinin böyük qüvvə olduğunu bildirib. Deputatlığa namizəd Azərbaycanın gələcəyinin gənclərlə bağlı olduğunu qeyd edib: “Məhz buna görə də Ulu öndərimiz Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi adlandırırdı. Bugünkü müstəqilliyimizin qorunub inkişaf etdirilməsi məsələsində də gənclərin üzərinə böyük məsuliyyət düşür. Prezidentimiz İlham Əliyev də çıxışlarında gənclərə inandığını vurğulayıb. Çünki hər bir xalq üçün müstəqillik ən böyük nemətdir. Ümumiyyətlə, bəşəriyyət tarixi xalqların mübarizə tarixidir. Azərbaycan xalqının dövlətçilik tarixi beş min ilə qədər gedib çıxır. Elə xalqlar var ki, həm dövlətləri, həm özləri dünyadan siliniblər. Amma bizim xalqımız çətin mübarizələrdən keçərək öz dövlətçiliyini qoruyub saxlaya bilib”.
Bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Hikmət Babaoğlunun sözlərinə görə, imperialist güclər milli dövlətləri məhv edir və onların dəyərlərini sıradan çıxarırlar. “Həmin xalqların milli sərvətləri də talanır, tarixləri, mədəniyyətləri məhv edilir. Ona görə də bugünkü Azərbaycan gəncliyi ayıq-sayıq olmalıdır. Partiyamızın Sədri, Prezidentimiz İlham Əliyevin gənclərə əsas tövsiyəsi də bundan ibarətdir. YAP-ın Proqram və Nizamnaməsində azərbaycançılıq ideologiyası əsas götürülür. Çox sevindirici haldır ki, xalqımız bu ideologiya ətrafında sıx birləşib”, - deyə deputatlığa namizəd vurğulayıb.
YAP-ın hər zaman gəncliyin inkişafına dəstək verdiyini deyən Hikmət Babaoğlu millət vəkili seçiləcəyi təqdirdə gənclərin də parlamentdə layiqli nümayəndəsi olacağını bildirib. O, gənc seçiciləri 1 noyabrda seçkiyə getməyə çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

