Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP-ın 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Aydın Hüseynov rayonun Qızıldaş qəsəbəsində seçicilərlə görüşüb

YAP-ın 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Aydın Hüseynov rayonun Qızıldaş qəsəbəsində seçicilərlə görüşüb

16.10.2015 [10:22]

Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ Seçki Dairəsindən namizədi Hüseynov Aydın Nəsir oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüş dünən Qızıldaş qəsəbəsində keçirilib.
Görüşdə çıxış edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov ölkəmizdə həyata keçirilən inkişaf siyasəti və onun uğurlu nəticələrindən, YAP-ın bu uğurların qazanılmasındakı müstəsna rolundan danışıb.
Görüşdə çıxış edən Aydın Hüseynov YAP-ın bu seçkilərə “Yeni hədəflərə doğru!” şüarı ilə qatıldığını xatırladaraq deyib ki, sürətli iqtisadi inkişaf tempi əldə edən Azərbaycanı qarşıda daha böyük hədəflər, nailiyyətlər gözləyir. Azərbaycanın daha da inkişafına nail olmaq, əhalinin daha yaxşı yaşamını təmin etmək məqsədi qarşıya qoyulub: “Azərbaycan elm və texnologiyanın inkişaf etdiyi, cəmiyyətin intellektual potensialının kifayət qədər yüksək olduğu, qeyri-neft sektorunun, xüsusilə, sahibkarlıq və özəl sektorun iqtisadiyyatın lokomotivinə çevrildiyi, siyasi cəhətdən sabit, qüdrətli, güclü bir ölkə kimi dünyadakı yerini daha da möhkəmləndirməlidir. Bu hədəflərə nail olmaq üçün bu seçkilərdə də hamılıqla YAP-ın namizədlərinə səs verməliyik”.
Daha sonra görüşdə çıxış edən Qızıldaş qəsəbə Ağsaqqallar Şurasının sədri Sərdar Hacıyev, qəsəbə sakinləri - Xubəli Qasımov, Hacı Telman Hümbətov, Hacı Axış Aslanov, Canəhməd Şamilov, Tanrıverdi Hüseynov, Nailə Rəhimova, Vaqif Səlimov, Vəzir Qasımov və digərləri Aydın Hüseynovun fəaliyyəti haqqında məlumatlı olduqlarını, onun işgüzar, səmimi bir insan kimi rayon sakinləri arasında hörmət və ehtiram qazandığını, noyabrın 1-də isə məhz YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.

Paylaş:
Baxılıb: 801 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30