Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Xəzər rayon təşkilatında seçki dairəsi və məntəqələrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə görüş keçirilib

YAP Xəzər rayon təşkilatında seçki dairəsi və məntəqələrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə görüş keçirilib

16.10.2015 [10:25]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında 13 saylı Xəzər-Pirallahı və 14 saylı Xəzər seçki dairələri və məntəqələr üzrə seçilmiş müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərlə görüş keçirilib. Görüşdə YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov çıxış edərək partiya tərəfindən dairə və məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu üzvlərə üzərlərinə düşən vəzifələr haqqında ətraflı məlumat verib.
N.Əhmədov qeyd edib ki, YAP əhəmiyyətli uğurlara imza atmaqla cəmiyyətdə nüfuzunu, siyasi çəkisini daha da artırıb. Bu gün partiyanın sıralarında 660 mindən çox üzvün birləşməsi Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın təsdiqidir.
“YAP ölkədə keçirilən bütün seçkilərdə uğur qazanmaqla xalqın partiyası olduğunu təsdiqləyir. Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, YAP monolit birliyi, sosial bazası və yüksək intellekti olan hakim siyasi təşkilatdır. Hazırda partiyamız mühüm siyasi hadisə ərəfəsindədir. Bildiyiniz kimi noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. YAP bu seçkilərə hazırdır və uğurlu seçki kampaniyası keçirir. İnanıram ki, partiyamız bu dəfə də seçki kampaniyasını uğurla başa vuracaq, namizədlərimiz qalib gələcək”, - deyə təşkilat sədri vurğulayıb.
Toplantıda müşahidəçilərə və məşvərətçi səs hüquqlu üzvlərə müvafiq tövsiyələr verilib.

Paylaş:
Baxılıb: 790 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30