Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağalar Vəliyev Goranboy ictimaiyyətinin alternativsiz seçimidir

Ağalar Vəliyev Goranboy ictimaiyyətinin alternativsiz seçimidir

20.10.2015 [10:42]

Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Partiya tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Goranboy rayon təşkilatının sədr müavini Əzra Həşimova qeyd edib ki, YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyev öz fəaliyyəti ilə nümunə olan, ölkə miqyasında müsbət imici və səmərəli işi ilə fərqlənən ictimai-siyasi xadimlərdəndir: “Rayonumuzda məskunlaşmış qaçqınlar üçün Aşağı Ağcakənd qəsəbəsində yaşayış binasının tikintisini Ağalar Vəliyevin rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti həyata keçirmişdir. Məhz indi A.Vəliyev Aşağı Ağcakənd qəsəbəsində bu gözəl diyarda və tikilib istifadəyə verilən geniş klubda seçicilərlə görüş keçirir. Həmçinin rayona Murovdağdan 36 km məsafədən 17 kəndə içməli su çəkilişinin və su kanalizasiya sisteminin tikintisini Ağalar Vəliyevin rəhbərlik etdiyi Aqrartikinti Səhmdar Cəmiyyəti həyata keçirmişdir”.
Daha sonra Ağalar Vəliyevin vəkilləri Şahin Allahverdiyev və Məzahir Zeynalov onun tərcümeyi-halı və əmək fəaliyyəti barədə geniş məlumat veriblər.
Seçicilər qarşısında çıxış edən Ağalar Vəliyev isə bildirib ki, Azərbaycanın sürətli inkişafında, ölkəmizdə hökm sürən davamlı ictimai-siyasi sabitliyin mühafizə olunmasında Yeni Azərbaycan Partiyasının özünəməxsus rolu var: “Təsadüfi deyil ki, YAP qatıldığı bütün seçkilərdə parlaq qələbələr qazanır. Bu, Azərbaycan ictimaiyyətinin partiyamıza olan inam və etimadından irəli gəlir. Əgər seçicilər mənə səs versələr, onların etimadını doğruldacağam”.
Seçici Şakir Hüseynov çıxış edərək deyib: “Ağalar Vəliyev Aşağı Ağcakənddə qaçqınlar üçün yaşayış binası tikdirəndə mən kənd bələdiyyəsinin sədri idim. O, səmimi, qayğıkeş və humanist bir insan kimi tanınır. Biz - seçicilər bu gün də onun fəaliyyətini diqqətlə izləyir, həyata keçirdiyi işlərin şahidi oluruq”.
Daha sonra çıxış edənlər - Sahib Kərimov, Maksim Bayramov və Kərim Qurbanov Ağalar Vəliyevin rayon ictimaiyyəti tərəfindən yaxşı tanındığını diqqətə çatdırıblar. Bildirilib ki, Goranboy seçicisi daim inkişaf və sabitliyi seçərək Yeni Azərbaycan Partiyasına səs verib və bundan sonra da belə olacaq.
NURLAN

Paylaş:
Baxılıb: 728 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30