Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir
29.12.2015 [09:39]
Yeni Azərbaycan Partiyasından Milli Məclisə seçilmiş qadın deputatlarla görüş keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə Milli Məclisə YAP-dan seçilmiş qadın deputatlarla görüş keçirilib. Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, YAP İdarə Heyətinin üzvü, professor Nurlana Əliyeva tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, xalqın etimadını qazanaraq parlamentdə təmsil olunmaq hüququ əldə edən qadın millət vəkillərinə uğurlar arzulayıb. Onun sözlərinə görə, yola saldığımız 2015-ci ildə ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrdən olan Milli Məclisə növbəti seçkilərdə partiyamızı təmsil edən qadınlarımızın uğurları bütünlükdə Azərbaycan qadınlarının siyasi hazırlığının, cəmiyyətdə artan nüfuzunun ifadəsidir. “Respublikamızda minlərin arasından seçilərək bu ada layiq görülmək, bu ada layiq olmaq o qədər asan məsələ deyil. Xalqın etimadını qazanan qadınlar arasında gənclərin üstünlük təşkil etməsi ölkəmizin qadın və gənclər siyasətinin uğurlarındandır. Gənclər özlərini millət vəkili kimi təsdiqləyirlərsə, bu, qadın və analarımızın qarşısında daha böyük məsuliyyətli vəzifələrin dayandığını göstərir. Çünki onlar millət vəkili kimi həm ölkəmizdə, eyni zamanda, sərhədlərimizdən kənarda Azərbaycan həqiqətlərinin təbliğində iştirak edərək vətəndaşlıq mövqelərindən çıxış etmək hüququ qazanmaqla seçicilərinin arzu və istəklərinin reallaşması naminə siyasi fəaliyyətlərini davam etdirəcəklər”, - deyə Nurlana Əliyeva vurğulayıb. Bu fəaliyyətin müxtəlif istiqamətləri əhatə etdiyini bildirən Nurlana Əliyeva qeyd edib ki, bütün sahələrdə kişilərlə bərabər, çiyin-çiyinə çalışan qadınlarımız siyasi fəaliyyətlərini millət vəkili kimi uğurla etdirəcəklər. Qadınlara, analara və uşaqlara göstərilən diqqətin artdığı bir zamanda qadın siyasətinin uğurlarını bu gün Milli Məclisdə qadınların sayının artması kimi faktlar da təsdiqləyir: “Qadınlarımız Prezident, partiyamızın Sədri İlham Əliyevin qarşıya qoyduğu bütün hədəflərin reallaşmasında potensiallarından səmərəli istifadə edirlər”.
Sonra çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova isə əvvəlcə vurğulayıb ki, xalqın partiyası olan YAP 1 noyabrda keçirilən parlament seçkilərində növbəti qələbəsini qazandı. Onun sözlərinə görə, bu, YAP üzvlərinin, fəallarının qazandığı böyük nailiyyətdir: “Bu qələbə o deməkdir ki, xalq Prezident, YAP Sədri İlham Əliyevin qarşıya qoyduğu və vaxtından əvvəl yerinə yetirilən vəzifələri dəstəkləyir, yeni hədəflərin reallaşması üçün partiyamızla birlik nümayiş etdirir. Bu etimad, eyni zamanda, Ümummilli lider Heydər Əliyev siyasətinin qələbəsi, Onun yolunu davam etdirən, siyasi, iqtisadi islahatların davamlı olması üçün düşünülmüş konsepsiyaları ilə diqqəti cəlb edən dövlət başçımız, partiyamızın Sədri İlham Əliyevlə həmrəylik ifadəsidir. Bunlar uğurlarımızı şərtləndirən amillərdir. Qarşıdakı prioritet isə daha fədakar olmaq, bu hədəfləri reallığa çevirməkdir. Vətəndaş və qadın olaraq bu sahədə biz də fəaliyyətimizi qlobal dəyişikliklərə uyğun formalaşdırmalı, təkmilləşdirməli, maksimum səy göstərməliyik. Bununla bərabər biz ümumi işlər naminə siyasi fəaliyyətimizi daha da artırmalıyıq”.
Milli Məclisin 21 qadın deputatından 13-nün Yeni Azərbaycan Partiyasının üzvü olduğunu xatırladan Bahar Muradova deyib ki, YAP-ın üzvü olan qadınlar ölkənin həm ictimai, həm mədəni, həm də siyasi həyatında yaxından iştirak edir, Azərbaycanı beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər: “Onların həm partiya işində əldə etdiyi təcrübə, həm də qazandığı nailiyyətlər bir örnəkdir”.
B.Muradova qeyd edib ki, bu gün Azərbaycan qadınlarının uğurlar əldə etməsinin əsas səbəbi Ulu öndər Heydər Əliyevin qadınların öz imkanlarını ictimai-siyasi sahədə həyata keçirməsi üçün yaratdığı şəraitdir: “Elə etməliyik ki, bizim fəaliyyətimiz Milli Məclisin fəaliyyətinə öz töhfəsini versin, Azərbaycanın vahid idarəetmə prinsiplərinə uyğun gəlsin. Dəyərlərimizə uyğun fəaliyyət göstərməliyik. Sevindirici haldır ki, bu gün idarəetmə orqanlarında, bələdiyyələrdə qadınlarımızın sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. Təmsilçilik, qanunçuluq və nəzarət funksiyalarının məsuliyyətini dərindən öyrənərək gələcək fəaliyyət müddətində tətbiq etməklə böyük təcrübə qazanmaq mümkündür. Qanunları öyrənmək və onlara yenilik gətirmək üçün, ilk növbədə, siyasi, hüquqi savadımızı artırmalıyıq. Bəllidir ki, Prezident İlham Əliyevin əsas tələblərindən biri ölkədəki inkişafa, baş verən hadisələrə ictimai nəzarətin gücləndirilməsidir və bu tövsiyəni başlıca tələb kimi daim diqqətdə saxlayır, bütün vətəndaşları bu sahədə fəal olmağa çağırır. Bu çağırışa, ilk növbədə, millət vəkilləri səs verməlidirlər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova çıxış edərək Azərbaycan qadınlarını düşündürən məsələlərlə bağlı görülən işlərdən danışıb, qadın millət vəkilləri ilə birgə həyata keçirilən tədbirləri səmərəli fəaliyyət istiqaməti kimi dəyərləndirib.
“Azərbaycanda güclü qadın potensialı formalaşıb” deyərək bu qüvvədən səmərəli istifadə etməklə istənilən problemin həllinin mümkünlüyünü diqqətə çatdıran Hicran Hüseynova Azərbaycanda uğurlu gender siyasəti həyata keçirildiyini, bu siyasətin sayəsində bu gün Azərbaycan qadınlarının bütün sahələrdə müvəffəqiyyətlə təmsil olunduğunu qeyd edib: “Komitəmizin xətti ilə görülən işlər səmərəsini verir. Bakıətrafı kəndlərdə, bölgələrdə qızların təhsildən yayınması hallarına qarşı mübarizə aparmaqla artıq bu sahədə müəyyən nailiyyətlər qazanılıb. Amma hələ də bir sıra problemlərimizin tam aradan qaldırıldığını deyə bilmərik. Bölgələrdə həddi-büluğa çatmayan qızları zorla ailə qurmağa vadar etmə halları mövcuddur ki, bu mənfi amillər sonra ailələrin dağılmasına, şikəst uşaqların doğulmasına, gənc anaların vəfatına səbəb olur”.
Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycan qadınlarının fəaliyyət istiqamətləri barədə məlumat verildiyini, ölkəmizə marağın artdığını deyən Hicran Hüseynova bildirib ki, qadınların çiyninə çox böyük zəhmət, məsuliyyət düşür: “Biz ailədə atanın və ananın nüfuzunun bərabər olmasını istəsək də, bir çox hallarda görürük ki, ailədə uşaqların tərbiyəsi ilə daha çox analar məşğul olurlar. Deməli, biz qadınlar hansısa problemlə rastlaşanda özümüzə sual verməliyik ki, doğrudanmı, uşaqlarımıza düzgün tərbiyə vermişik? Necə olur ki, bir bölgədə erkən nikahların sayı artır, qızların təhsildən yayınma halları artır, o biri bölgələrdə belə hallar, demək olar ki, yoxdur, amma oğlan uşaqları müəyyən lazımsız təsirlərin altında böyüyürlər. Bütün bunların qarşısını almaq üçün hansısa iş görməsək, maarifləndirmə işləri gücləndirilməsə, biz böyük problemlərlə rastlaşarıq. Ona görə də bu məsələlərin aradan qaldırılmasına hamımız dəstək verməliyik”.
Görüşdə Milli Məclisə yeni seçilmiş qadın deputatlar seçicilərinin etimadını doğruldacaqlarını və dövlət siyasətinin yerinə yetirilməsində, qarşıdakı hədəflərin reallaşmasında millət vəkili kimi əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyun 21:46
Siyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18

