“Multikultural dəyərlər və azərbaycançılıq”
12.05.2016 [09:39]
YAP Qadınlar Şurası Yevlax şəhərində bu mövzuda tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası Yevlax şəhərinin Mərkəzi Mədəniyyət Evində “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda tədbir keçirib. Tədbirdə YAP-ın Yevlax, Mingəçevir, Naftalan, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Xocalı və Ağdam təşkilatlarının qadınlar şuralarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Sonra tədbir Mərkəzi Mədəniyyət Evində davam etdirilib.
Tədbiri giriş sözü ilə YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Əli Quliyev açaraq qonaqları salamlayıb. Ə.Quliyev bildirib ki, 2016-cı il Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Multikulturalizm ili” elan olunub: “Multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu, ən qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Regionlarda bu cür tədbirin keçirilməsi, multikulturalizmin Azərbaycan modelinin təbliğ olunması əlamətdar hadisədir”.
YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva multikultural dəyərlərin Azərbaycanda formalaşmasında, qorunmasında qadınların rolundan, onların ölkənin siyasi strukturunda özünəməxsus mövqeyindən geniş söz açıb. O qeyd edib ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir: “Azərbaycanın gender məsələləri ilə bağlı özünəməxsus dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Məhz bu siyasətin nəticəsində ölkədə qadınlar daha çox yüksək vəzifələrə layiq görülür, onlara xüsusən təhsil sahəsində böyük kollektivlərə rəhbərlik etmək həvalə olunur, struktur və qurumlara rəhbər təyin olunurlar. Bildiyiniz kimi, Azərbaycan tarixi İpək yolunda yerləşən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bütün bunlar onu göstərir ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün multikulturalizmin Azərbaycan modelini dünyaya bəxş edib”.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova çıxış edərək bildirib ki, YAP üzvlərinin böyük hissəsini qadınlar təşkil edir. Onun sözlərinə görə, bəlkə də, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində isə onları həmişə bir arada görmək olur.
Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova, YAP Mingəçevir şəhər təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Məmmədova, YAP Tərtər rayon təşkilatı Qadınlar Şurasının üzvü Türanə Məmmədzadə qadınların ölkəmizin ictimai-siyasi həyatına verdikləri töhfələrdən danışıblar.
Sonda YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək deyib ki, bu gün azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan, mənəvi impulslarla zənginləşdirən dəyərləri özündə birləşdirir: “Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır”.
O qeyd edib ki, müasir Azərbaycan qadınları xoşbəxtdir, çünki ona özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, ölkəmizin inkişafı prosesində iştirak etmək üçün bütün imkanlar yaradılıb.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31

