“Multikultural dəyərlər və azərbaycançılıq”
26.05.2016 [10:17]
YAP Qadınlar Şurası partiyanın Nəsimi rayon təşkilatının qərargahında bu mövzuda tədbir keçirib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə partiyanın Nəsimi rayon təşkilatının qərargahında “Multikultural dəyərlər və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirdə YAP-ın Nəsimi, Nərimanov, Nizami və Xətai rayon təşkilatlarının qadınlar şuralarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, 2016-cı il Prezident İlham Əliyevin Sərəncamı ilə “Multikulturalizm ili” elan olunub: “Multikultural dəyərlərin Azərbaycan modelinin təbliği istiqamətində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilir. YAP cəmiyyətimizin siyasi avanqardı, ölkənin ən nüfuzlu, ən qüdrətli siyasi qüvvəsidir. Bu baxımdan YAP Qadınlar Şurasının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Paytaxtla yanaşı regionlarda da bu cür tədbirin keçirilməsi, multikulturalizmin Azərbaycan modelinin təbliğ olunması əlamətdar hadisədir”.
YAP Qadınlar Şurasının sədr müavini, 1 saylı şəhər Klinik Xəstəxanasının baş həkim müavini Məhəbbət İbrahimova çıxış edərək bildirib ki, YAP üzvlərinin böyük hissəsini qadınlar təşkil edir və qadınların belə tədbirlər keçirməsi əhəmiyyətlidir. Onun sözlərinə görə, bəlkə də, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, burada müxtəlif dinlərin və məzhəblərin rəhbərləri daim görüşür, məsləhətləşir, ümumdövlət tədbirlərində isə onları həmişə bir arada görmək olur. Bu da ölkəmizdə tolerant, multikultural cəmiyyətin mövcudluğunun əyani göstəricisidir.
Sonra YAP Nəsimi rayon təşkilatında ərazi ilk partiya təşkilatı sədri, BSU-nun prorektoru Aygül Hacıyeva, YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aygün Əhmədli və YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının üzvü Ülviyyə Vəliyeva çıxış edərək mövzunun aktuallığından bəhs ediblər.
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü Zərifə Quliyeva çıxış edərək deyib ki, bu gün azərbaycançılıq ideologiyası və multikulturalizm bir-birini tamamlayan, mənəvi impulslarla zənginləşdirən dəyərləri özündə birləşdirir: “Multikulturalizm bir siyasət kimi öz mahiyyəti baxımından tolerantlıqla da sıx bağlıdır. O, müxtəlif mədəniyyətlərin paralel şəkildə yaşamasını qəbul edən tolerant cəmiyyətin başlıca xüsusiyyətlərindən biridir. Tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur ki, bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır”.
O qeyd edib ki, müasir Azərbaycan qadınları xoşbəxtdirlər, çünki onlara özünü təsdiq etmək, seçib-seçilmək, övladlarının səadəti, ölkəmizin inkişafı prosesində iştirak etmək üçün bütün imkanlar yaradılıb.
YAP Siyasi Şurasının üzvü, BDU-nun professoru İradə Hüseynova çıxış edərək multikultural dəyərlərin Azərbaycanda formalaşmasında, qorunmasında qadınların rolundan, onların ölkənin siyasi strukturunda özünəməxsus mövqeyindən geniş söz açıb. O qeyd edib ki, müasir dövrdə demokratik cəmiyyətin inkişafının və insan hüquqlarının qorunmasının əsas prioritetlərindən birini gender bərabərliyi təşkil edir: “Azərbaycanın gender məsələləri ilə bağlı özünəməxsus dövlət siyasəti də qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlmişdir. Məhz bu siyasətin nəticəsində ölkədə qadınlar daha çox yüksək vəzifələrə layiq görülür, onlara xüsusən təhsil sahəsində böyük kollektivlərə rəhbərlik etmək həvalə olunur, struktur və qurumlara rəhbər təyin olunurlar. Bildiyiniz kimi, Azərbaycan tarixi İpək yolunda yerləşən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib. Bütün bunlar onu göstərir ki, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası bu gün multikulturalizmin Azərbaycan modelini dünyaya bəxş edib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18

