YAP Şirvan şəhər təşkilatında tədbir keçirilib
23.09.2017 [10:38]
Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı YAP-ın yaranmasının 25-ci ildönümü ilə bağlı tədbirlərə start verib. Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilən ilk tədbirdə mədəniyyət işçiləri, gənclər və partiya üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov YAP-ın yaranma tarixindən və ötən 25 ildə keçdiyi şərəfli yoldan bəhs edib. Ə.İbrahimov YAP-ın hər zaman xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlər göstərdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan YAP Azərbaycanın milli maraqlarının qorunması istiqamətində fəaliyyət göstərir. Ölkə Prezidenti, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə partiyamızın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdıran natiq qeyd edib ki, ötən illər ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Çıxış edən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva YAP-ın ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak etdiyini, partiyada Azərbaycan gəncliyinə böyük etimad, diqqət və qayğı göstərildiyini bildirib. Qeyd olunub ki, ümumxalq partiyasına çevrilən YAP bu gün Azərbaycanın sağlam, intellektual gənclər ordusunun istinad nöqtəsinə çevrilib.
Şirvan şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Adəm Hüseynov ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən, Ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışıb.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

