Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir

12.12.2017 [09:57]

Dekabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı tərəfindən Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ümummilli liderin həyat və siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Sonra YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Günel Məmmədova Ulu öndərin Yeni Azərbaycan Partiyasının yaranmasında və möhkəmlənməsində gördüyü işlərdən danışıb. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz Ümummilli lider Heydər Əliyevə borcludur.
G.Məmmədova Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı çətinliklərdən, ölkədə cərəyan edən xaos və anarxiyadan bəhs edərək vurğulayıb ki, belə bir böhranlı və ağır şəraitdə Azərbaycanı fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə qüvvə məhz xalqın inam və etimad bəslədiyi Ulu öndər Heydər Əliyev idi. Bu gün biz Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu öndər tərəfindən yazılmış Nizamnaməsinə dönə-dönə nəzər salmalı, orada Heydər Əliyevin qurmaq, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.
Sonda Pirallahı rayonundakı 186 saylı orta məktəbin şagirdlərinin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərdən ibarət kompozisiya səsləndirilib.

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30