Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Tərtərlilər Ümummilli liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər

Tərtərlilər Ümummilli liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər

29.03.2018 [10:38]

Tərtər rayonunda Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Əskipara və Səhləbad kəndlərində keçirilən görüşlərdə YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, Qarağacı, Qaradağlı, Qapanlı kəndlərində keçirilən görüşlərdə isə YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov çıxış ediblər.
Mitinq-görüşlərdə qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının namizədi, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə Azərbaycan hərtərəfli, sürətli inkişaf tempi əldə edib, ölkədə əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcək uğurlu siyasət reallaşdırılıb. Ölkənin xarici siyasəti Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə zəmin yaradır. Bildirilib ki, son 15 ildə Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub, 600-dən çox tibb ocağı tikilib istifadəyə verilib, eləcə də yeni-yeni müəssisələr yaradılıb. Bütün bunlar ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən Ümummilli lider Heydər Əliyevin ideyalarının ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi sayəsində mümkün olub. Məhz buna görə də Azərbaycan xalqı, o cümlədən, tərtərlilər Ümummilli liderin yolunu davam etdirən cənab İlham Əliyevi dəstəkləyirlər.
Tədbirlərdə Əskipara kənd sakinləri Fəxrəddin Bəbişov, Alimə Muradova, Allahyar Allahverdiyev, Səhləbad kənd sakinləri Almaz Quliyeva, Gülbəniz Məmmədova, Bayram İbrahimov, Qarağacı kənd sakinləri Səadət Quliyeva, Şükür Əhmədov, Qaradağlı kənd sakinləri Yusif Salayev, Fitat Əliyeva, Qapanlı kənd sakinləri Fizuli Əzmov və Fəridə Mustafayeva çıxış edərək ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qeyd edərək, seçiciləri 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 614 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30