Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xalqımız öz işıqlı gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək

Xalqımız öz işıqlı gələcəyi naminə cənab İlham Əliyevə səs verəcək

31.03.2018 [09:49]

Şəmkirdə seçicilərlə keçirilən növbəti görüşlərdə bu fikir bir daha əminliklə qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Çinarlı qəsəbəsının, Yeni Həyat, Qasmallar, Şeyidlər və Keçili kəndlərinin seçiciləri ilə keçirilib. Tədbirdə YAP Mərkəzi Seçki Qərargahının Şəmkir rayon şöbəsinin sədri Fəxrəddin Vəliyev çıxış edərək ölkəmizdə prezident seçkilərinin azad, demokratik və şəffaf keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. O, seçiciləri bu mühüm siyasi kampaniyada fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Sahibə Qafarova YAP-ın namizədi və xalqımızın alternativsiz lideri cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycanın qazandığı möhtəşəm nailiyyətlər barədə geniş məlumat verib. Sahibə Qafarova deyib ki, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. “Əminik ki, xalqımız 11 aprel tarixində öz işıqlı gələcəyi naminə ən düzgün qərarı verəcək və müasir Azərbaycanı son 15 ildə böyük zirvələrə qaldırmış, bu gün qürurla bəhs etdiyimiz nailiyyətlərin memarı olan cənab İlham Əliyevə səs verəcək”.
Görüşdə həmçinin çıxış edən rayon təşkilatının üzvləri və seçicilər yekdilliklə YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 674 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30