Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Mingəçevirdə izdihamlı mitinq-görüş keçirilib

Mingəçevirdə izdihamlı mitinq-görüş keçirilib

06.04.2018 [10:32]

Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində seçicilərlə görüşlər davam edir. Aprelin 5-də Mingəçevir şəhərində izdihamlı mitinq-görüş keçirilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyevin, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov qarşıdan gələn prezident seçkiləri ilə bağlı məlumat verib. Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev çıxışında bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, ölkəmizin hərtərəfli inkişafı birbaşa Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. Çünki cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri inkişaf etdirilib: “Əminəm ki, bu nailiyyətlərin davamlı olması üçün bütün seçicilər, o cümlədən mingəçevirlilər aprelin 11-də Azərbaycan xalqının alternativsiz lideri cənab İlham Əliyevə səs verəcəklər”.
Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri Nurcamal Əsgərova Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirərək, bu inkişafdan Mingəçevirə də pay düşdüyünü deyib.
Çıxış edənlər əmin olduqların bildiriblər ki, vətəndaşlar ölkəmizdəki inkişafın, sabitliyin davam etməsi üçün 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verəcəklər.
Mitinq-görüş respublikamızın incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

Paylaş:
Baxılıb: 631 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30