Samux rayonunun Lək və Füzuli kəndlərində seçicilərlə görüşlər keçirilib
06.04.2018 [10:33]
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərini davam etdirir. Növbəti görüşlər rayonun Lək və Füzuli kəndlərində keçirilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov qeyd edib ki, ötən müddət ərzində Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dinamik inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib: “İqtisadiyyatın dinamik inkişafı bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. Bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət dayanır”.
G.Bayramov vurğulayıb ki, qazanılmış nailiyyətlər və mövcud reallıqlar deməyə əsas verir ki, Azərbaycan xalqının, o cümlədən Samux ictimaiyyətinin seçimi yenə də Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyev olacaq.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən və uğurlu nəticələrindən bəhs edib. Regionların sosial-iqtisadi inkişafının dinamik şəkildə davam etdiyini bildirən millət vəkili əlavə edib ki, ölkəmizin, o cümlədən bölgələrin sürətli inkişafı hər bir vətəndaşın həyatında xüsusilə hiss olunur, insanların rifah halı daha da yaxşılaşır: “Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza xidmət edir. Dövlət başçısı hər zaman bütün məsələlərdə ölkəmizin, vətəndaşlarımızın maraqlarını öndə tutur. Xalqımızın bu seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir”.
Daha sonra tədbirdə çıxış edən seçicilər birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17

