Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafalıların seçimi cənab İlham Əliyevdir

Ağstafalıların seçimi cənab İlham Əliyevdir

06.04.2018 [10:35]

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsi rayonun Muğanlı, Sadıqlı, Böyük Kəsik, Ağgöl, Köçvəlili kəndlərində, Qarayazı və Saloğlu qəsəbələrində seçicilərlə görüşlər keçirib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin sədri Ramiz Tatarov Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından bəhs edib. O qeyd edib ki, bu siyasət nəticəsində Azərbaycan son 15 ildə möhtəşəm nailiyyətlər qazanıb. Ramiz Tatarov Ağstafa seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı Ağstafa rayon şöbəsinin üzvlərindən Firdovsi Heydərli, Fəxrəddin Səfiyev və Feruz Həsənov çıxış edərək cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi naminə misilsiz xidmətlərindən, həmçinin rayonda görülən quruculuq-abadlıq işlərindən danışıblar. Natiqlər seçiciləri uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilərdən Eldar Allahverdiyev, Qoca Kərimov, Fərhad Hacıyev, Səlimxan Gülalıyev, Ülviyyə Cəlilova və başqaları çıxış edərək Azərbaycanın firavan gələcəyi naminə 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 626 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30