Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Gəncə şəhər təşkilatı ötən 25 il ərzində uğurla fəaliyyət göstərib

YAP Gəncə şəhər təşkilatı ötən 25 il ərzində uğurla fəaliyyət göstərib

24.07.2018 [09:26]

Naqif Həmzəyev: Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının 25 illik fəaliyyət tarixinə baxdıqda partiya veteranlarının, gənclərin, qadınların çətin və şərəfli işinin izlərini görürük
İyulun 23-də Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının yaradılmasının 25 ili tamam oldu. 23 iyul 1993-cü il tarixində təsis edilmiş YAP Gəncə şəhər təşkilatı ötən müddət ərzində böyük inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Şəhər təşkilatının ictimai-siyasi proseslərdə oynadığı rol, o cümlədən keçdiyi inkişaf yolu barədə suallarımızı YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev cavablandırır.
- Naqif müəllim, 25 il öncə təsis edilmiş YAP Gəncə şəhər təşkilatının yaranması və ötən müddət ərzində keçdiyi inkişaf yolu barədə nə deyə bilərsiniz?
- 1993-cü il iyulun 23-də Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq bir qrup təəssübkeş ziyalılarımızın iştirakı ilə Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının təsis konfransı keçirilib. Həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək istiqamətindəki fəaliyyətində Onun yanında olmaq. Bu gün şadıq ki, bu missiya uğurla həyata keçirilib. Bu gün YAP Gəncə şəhər təşkilatının 25 illik fəaliyyət tarixinə baxdıqda partiya veteranlarının, gənclərin, qadınların çətin və şərəfli işinin izlərini görürük. Bunun nəticəsidir ki, şəhər təşkilatı fəaliyyət göstərdiyi 25 il ərzində kəmiyyətcə böyüdü, inkişaf etdi, ideoloji iş təcrübəsini daha da təkmilləşdirdi. Demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verdi.
- YAP Gəncə şəhər təşkilatının hazırda ictimai-siyasi proseslərdə rolunu necə qiymətləndirirsiniz?
- Ölkə Prezidenti cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı, dəstəyi, eləcə də şəhər icra strukturunun səmərəli fəaliyyəti nəticəsində son illər Gəncədə böyük uğurlar əldə edilib. Bu uğurların qazanılmasında YAP Gəncə şəhər təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiyanın şəhər təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib. Həmin vəhdət nəticəsində YAP Gəncə şəhər təşkilatı daha da inkişaf edərək şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edir. Elə bir tədbir və mərasim yoxdur ki, təşkilatımız orda iştirak etməsin. Bu isə bütün partiya fəallarının fəallığının artmasına və təşkilatımızın öncül təşkilatlardan birinə çevrilməsinə şərait yaradıb.
- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası gənclərin və qadınların fəallığına böyük önəm verir. YAP Gəncə şəhər təşkilatında gənclər və qadınların təmsilçiliyi hansı səviyyədədir?
- Fəxrlə deyə bilərik ki, təşkilatın sıraları bu gün savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar, şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Bu gün təşkilatın üzvlərinin sayı 41 min nəfərdən çoxdur. Onların 56,2 faizini gənclər, 62,8 faizini isə qadınlar təşkil edir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu da ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.
YAP Gəncə şəhər təşkilatı fəaliyyət proqramlarını hazırlayıb reallaşdırarkən cənab Prezident İlham Əliyevin həyata keçirdiyi proqram və layihələrə önəm verərək, gənclərin inkişafı üçün müəyyən tədbirlər reallaşdırır. Bunun nəticəsində də YAP Gəncə şəhər təşkilatının Gənclər Birliyi və Qadınlar Şurası təqdirəlayiq işlər görə bilir.
Sonda qeyd etmək istəyirəm ki, YAP Gəncə şəhər təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Eləcə də keçirilən layihələr, tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, “dəyirmi masa”lar, forumlar, konfranslar, ekoturlar, media forumları partiya üzvlərinin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, gənclərin fəal həyat mövqeyinin formalaşmasına xidmət edir.

Paylaş:
Baxılıb: 1417 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30