Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Vyetnamda səfərdədir
13.12.2018 [10:05]
Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Vyetnamda səfərdədir. YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyevanın rəhbərlik etdiyi nümayəndə heyətinə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəbli, Milli Məclisin deputatları Mirzəcan Xəlilov və Sevinc Hüseynova, YAP Gənclər Birliyi ofisinin rəhbəri Fərid Nəsibov daxildir.
Nümayəndə heyəti ilk olaraq Vyetnam Kommunist Partiyası Xarici əlaqələr komissiyasının sədri Hoang Binh Quan ilə görüşub.
Sonra YAP nümayəndə heyətinin üzvləri Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Kütləvi səfərbərlik üzrə mərkəzi komissiyanın rəhbəri xanım Truong Thi Mai ilə görüş keçiriblər. Görüşlərdə partiyalar arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, eləcə də əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Qeyd olunub ki, bir neçə il öncə tərəflər arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması münasibətlərin inkişafında vacib rol oynayır. Həmçinin hər iki ölkənin hakim partiyalarının İCAPP çərçivəsində fəal əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüşlərdə Vyetnamın Azərbaycandakı inkişaf proseslərini diqqətlə izlədiyi bildirilib və bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərində YAP-ın Sədrinin parlaq qələbə qazanması xalqın bu partiyaya inamının ifadəsi kimi dəyərləndirilib.
Görüşlərdə YAP nümayəndə heyətinin Vyetnama səfərinin hakim partiyalar arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inam ifadə olunub və qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Daha sonra YAP-ın nümayəndə heyəti Vyetnam Milli Assambleyasının Xarici əlaqələr komitəsinin rəhbər şəxsləri ilə görüşüblər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 12-də isə nümayəndə heyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycanın Vyetnamdakı Səfirliyini ziyarət ediblər. Onlar anım günü ilə bağlı səfirlikdə yaradılmış guşə ilə tanış olublar.
Qeyd edək ki, YAP nümayəndə heyətinin Vyetnama səfəri dekabrın 14-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

