YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
16.01.2019 [10:10]
Yanvarın 15-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə rayon ərazisində yaşayan 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirib.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı 1990-cı il 20 Yanvar faciəsinin Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu deyib. Bildirilib ki, həmin gün Azərbaycan xalqı uzun illərdən bəri əsarətdə olduğu Sovet imperiyasına qarşı əliyalın, inamlı mübarizəyə qalxdı, özünün müstəqillik tarixinin birinci mərhələsinə qədəm qoydu. Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilmədi.
M.İbrahimqızı deyib ki, 1990-cı il 20 yanvar tarixi bir gündən, bir aydan ibarət olan bir tarix deyil. Bu tarix Azərbaycan xalqının uzun illərdən bəri Sovet imperiyasına qarşı apardığı müstəqillik mübarizəsinin nəticəsidir. Odur ki, Sovet imperiyası Azərbaycan xalqının müstəqillik əldə etməsinə heç cür razı ola bilmirdi, bunun qarşısını almaq üçün öz hərb maşınını bütün gücü ilə işə salmalı oldu.
“Hər kəs Sovet rejiminin Azərbaycan xalqına qarşı ədalətsiz qərarına qarşı çıxdı. O gecə Azərbaycan xalqı dünya tarixinə qəhrəmanlıq səhifəsi yazdı. Azərbaycan xalqı bütün dünyanın çəkindiyi Sovet ordusunun qarşısında əli yalın qəhrəmanlıq göstərdi. Öz azadlığına qovuşmaq üçün öz fəryadını dünyaya çatdırdı”, - deyə M.İbrahimqızı diqqətə çatdırıb. Bildirib ki, 20 Yanvar faciəsi minilliklər keçsə də Azərbaycan xalqının yaddaşından silinməyəcək, şəhid ailələri daim diqqət və qayğı ilə əhatə olunacaq.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim əziz tutulduğunu xatırladan deputat deyib ki, şəhid ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə də hər zaman diqqət və qayğı göstərilib. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəsləyir.
Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri, ərazi ilk partiya təşkilatının sədri Fərman Qurbanlı deyib ki, 1990-cı il yanvarın 20-si Azərbaycan xalqının ən faciəli günlərindən biridir. Azərbaycanın bütün regionlarından insanlar axın-axın gəlib şəhidləri ziyarət edir, öz ehtiramlarını bildirirlər. O gecə həm də Azərbaycan xalqının bütün dünyaya qəhrəmanlığını, rəşadətini göstərdiyi gündür. Buna görə biz böyük qürur hissi keçiririk.
20 Yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin sədri Tahir Fətullayev bildirib ki, XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların, zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar qətliamı xalqımızın qan yaddaşına əbədi həkk edilib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə bizim tariximizə qara sətirlərlə yazılıb. Azərbaycan çoxlu şəhid verdi. Lakin bu gün tariximizə həm də qızıl hərflərlə ona görə yazılıb ki, biz öz müstəqilliyimizi və azadlığımızı nümayiş etdirdik. Bu il həmin faciənin 29 illiyidir. Biz bu gün Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik ki, analarımız daha ağlamasın, şəhid verməyək.
Sonda Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələrinə və əlillərə sovqatlar təqdim olunub.
M.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

