Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nəsimi rayon təşkilatının fəal gəncləri Milli Məclisdə olublar

YAP Nəsimi rayon təşkilatının fəal gəncləri Milli Məclisdə olublar

05.02.2019 [09:52]

2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının bir qrup fəal gənci Milli Məclisin binasında olub. Rayon təşkilatından qəzetimizə verilən məlumata görə, gənclər əvvəlcə Milli Məclisin foyesində Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra gənclər Milli Məclisin fəaliyyəti ilə yaxından tanış olub, parlamentin Gənclər və İdman Komitəsinin üzvü olan millət vəkilləri ilə görüşüblər. Görüşdə Azərbaycanda Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir.
Daha sonra ölkənin ictimai-siyasi həyatında gənclərin rolu, həyata keçirilən gənclər siyasəti, parlamentdə qəbul olunmuş qanunlar, gənclərin problemləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 930 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30