YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
19.02.2019 [09:57]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva konfransın gündəliyi haqqında məlumat verib.
Sədaqət Vəliyeva bildirib ki, hazırda YAP Nizami rayon təşkilatının 13667 nəfər üzvü var, onlardan 6576 nəfərini gənclər, 6097 nəfərini isə qadınlar təşkil edir, rayon təşkilatının 141 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir: “1993-cü ildə yaradılmış Nizami rayon təşkilatı mühüm inkişaf yolu keçib, üzvlərinin və ərazi təşkilatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Nizami rayonunda əhalinin YAP-a axını, ilk ərazi partiya təşkilatlarının yaradılması Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa və Onun layiqli davamçısı, Prezident İlham Əliyevə inamdan irəli gəlir”.
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin IV konfransından ötən müddət ərzində görülmüş işlərə dair hesabatı təqdim edən rayon təşkilatı GB-nin sədri Sevinc Abdullayeva qeyd edib ki, IV konfransda üzvlərinin sayı 5511 nəfər idisə, bu gün bu rəqəm 6576-dır. Bu müddət ərzində YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bir çox işlər görüb, öz sıralarını daha da genişləndirib: “YAP Nizami rayon GB-nin üzvlərinin 2590 nəfərini qadınlar təşkil edir. Gənc üzvlərimizin 3581 nəfəri ali, 1132 nəfəri orta ixtisas, 1863 nəfəri orta təhsillidir, 5 nəfəri isə elmlər namizədidir. Gənclərin 2205 nəfəri təhsil, 1701 nəfəri səhiyyə, 350 nəfəri idarəetmə sahəsində, qalan üzvlər isə digər idarə və müəssisələrdə çalışır, onların 410 nəfəri isə tələbədir. Sıralarımızda olan gənclərin 5 nəfəri Avropa çempionu, 3 nəfəri dünya çempionu, 2 nəfəri Olimpiya medalçısı, 29 nəfəri respublika çempionu, 7 nəfəri idman ustası, 3 nəfəri Prezident Mükafatçısı, 9 nəfəri isə ustalığa namizəddir. 12 gəncimiz 23 dekabr 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində seçicilərin etimadını qazanaraq, bələdiyyə üzvü seçilib. Hesabat dövründə YAP Nizami rayon GB-nin sıralarına 1065 nəfər qəbul olunmuşdur”.
Sonra hesabat ətrafında çıxışlar olub.
Çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının əməkdaşı Əli Pənahov, YAP Nizami rayon təşkilatı Heydər Əliyev adına NEZ ərazi ilk partiya təşkilatının sədri Samir Əhmədov, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin Gənclər Qolunun sədri Regina Kovalyova IV konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabatı qənaətbəxş hesab etdiklərini bildirib və gənclərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra təşkilati işlərə baxılıb, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin Şura üzvləri, İdarə Heyəti və YAP GB-nin növbəti konfransına nümayəndələri seçiliblər.
Konfrans iştirakçılarının yekdil səsverməsinə əsasən Sevinc Abdullayeva YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri, Ramil Vəlibəyov sədrin I müavini, Ramil Rüstəmov və Regina Kovalyova isə müavinləri seçiliblər.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva göstərilən etimada görə partiya rəhbərliyinə və gənclərə minnətdarlığını bildirib. O deyib ki, YAP Nizami rayon təşkilatı Gənclər Birliyi bundan sonra rayonun və respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında aktiv olacaq, veriləcək tapşırıqları vaxtında və effektiv yerinə yetirəcəkdir.
Çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, gənclərimiz ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirirlər: “Bütün bunlar gəncliyimiz üçün dövlət tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bu gün partiyanın sıralarında 730 minə yaxın üzvün olduğunu bildirib və qeyd edib ki, onların arasında gənclər xüsusilə fərqlənirlər.
Eldar İbrahimov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir və partiyanın fəaliyyəti xalqımızın ali mənafeyinin ifadəsi kimi çıxış edir: “Bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi onun tərəfdarlarının sayının artmasına səbəb olub. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib”.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxışında deyib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan dövləti siyasətində gənclərə üstünlük verməklə bərabər, bu istiqamətdə siyasəti gənclərin bilavasitə iştirakı ilə formalaşdırıb həyata keçirir. Bu, onu göstərir ki, Azərbaycan dövləti gənc nəslə həm etibar edir, onun qayğıları ilə məşğul olur, həm də gənclərin ideyalarını, təkliflərini bilavasitə özlərindən alaraq həyata keçirir”.
Natiqlər bir daha Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib, YAP-ın gənclərin fəaliyyəti və inkişafı üçün hərtərəfli şərait yaratdığı bildiriblər.
Çıxışlardan sonra partiyaya yeni qəbul edilmiş gənclərə vəsiqələr, rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

