Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Abşeron rayon təşkilatında “Güclü lider - güclü Azərbaycan” adlı tədbir keçirilib

YAP Abşeron rayon təşkilatında “Güclü lider - güclü Azərbaycan” adlı tədbir keçirilib

11.04.2019 [09:14]

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron rayon təşkilatı və Abşeron rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə cənab İlham Əliyevin 2018-ci ildə yenidən Prezident seçilməsinin 1 illiyinə və ölkədə aparılan sosial, iqtisadi, siyasi islahatlara həsr olunmuş “Güclü lider - güclü Azərbaycan” adlı tədbir keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı islahatların həyata keçirildiyini və vətəndaşların maraqlarına xidmət edən bir sıra məsələlərin öz həllini tapdığını diqqətə çatdırıb. O bildirib ki, ötən ilin 11 aprelində keçirilən demokratik, şəffaf və ədalətli seçkilərdə Prezident İlham Əliyevin qalib gəlməsini Onun son 15 il ərzindəki fəaliyyətinə vətəndaşların verdiyi qiymət kimi dəyərləndirmək lazımdır.
Rayon təşkilatının sədri həmçinin çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlarından, bölgələrdə və Bakı şəhərində böyük infrastruktur layihələrinin uğurla icra olunmasından danışıb.
Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, millət vəkilləri Musa Quliyev, Aqiyə Naxçıvanlı və Mirzəcan Xəlilov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə və Mehdiabad 3 saylı ilk ərazi partiya təşkilatının sədri İlqar Rüstəmov çıxış ediblər. Onlar əvvəlki illərdə olduğu kimi, ötən bir il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dinamik inkişafını təmin etdiyini və ölkəmizin əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşadığını bildiriblər.
Natiqlər həmçinin 2018-ci ilin aprelində növbəti dəfə xalqın yüksək etimadını qazanan cənab İlham Əliyevin növbəti prezidentlik dövrünün ilk 1 ilini yüksək səciyyələndirərək, bu müddət ərzində dövlətimizin hərtərəfli inkişafı və xalqın sosial rifahının daha da gücləndirilməsi istiqamətində görülən işlərin məqsədyönlü dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu bildiriblər.

Paylaş:
Baxılıb: 686 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30