/ / Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı olub
Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı olub
16.04.2019 [09:30]
Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən konfransda 69 ərazi ilk partiya təşkilatından 200 nümayəndə iştirak edib.
İştirakçılar əvvəlcə Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad ediblər.
YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva tədbirdə çıxış edərək bildirib ki, təşkilat öz sıralarında 4010 üzvü birləşdirir. Onların 1120 nəfəri gəncdir. Gənclərin isə 781-i qadındır. Təşkilatın Gənclər Birliyinin üzvlərindən 567-si ali, 289-u orta ixtisas, 264-ü orta təhsillidir. Onlardan 563-ü təhsil, 101-i mədəniyyət, 123-ü səhiyyə sahələrində, 120-si idarəetmə orqanlarında, 126 nəfəri isə digər idarə və müəssisələrdə çalışır.
Sonra YAP Ucar rayon təşkilatının Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında çıxışlarda Ümummilli Liderimiz Heydər Əliyevin Vətən qarşısındakı xidmətlərindən danışılıb. Qeyd olunub ki, müasir tariximizin böyük bir mərhələsi müdrik dövlət xadiminin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə Öz adını əbədi həkk edən bu dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi yazılıb. Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük zirvəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi müasir müstəqil Azərbaycandır. Hazırda ölkəmizin dünya birliyində söz sahibinə çevrilməsinin əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub. İftixarla vurğulanıb ki, bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru iri addımlarla inamla irəliləyir.
Çıxışlarda, həmçinin YAP Ucar rayon təşkilatının Gənclər Birliyinin fəaliyyəti geniş təhlil edilib. Azərbaycanda, o cümlədən Ucarda sosial-iqtisadi sahələrdə qazanılan uğurlardan danışılıb, bu sahədə Yeni Azərbaycan Partiyasının, eləcə də onun sıralarında aparıcı qüvvə olan gənclərin rolu yüksək qiymətləndirilib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri - ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışlarında ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar.
Sonra təşkilati məsələlərə baxılıb. Konfransda YAP Ucar rayon təşkilatının Gənclər Birliyi Şurasına 19, İdarə Heyətinə isə 11 nəfər seçilib. Ülvi Qəhrəmanzadə YAP Ucar rayon təşkilatının Gənclər Birliyinin sədri, Vüqar Səlimov və Yusif Məmmədov sədrin müavinləri seçiliblər. Bundan başqa, YAP Gənclər Birliyinin ümumrespublika konfransında iştirak edəcək iki nümayəndə də müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

