YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
16.04.2019 [09:31]
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında keçirilən konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş fotoslayd təqdim olunub.
Konfransı giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. Onun sözlərinə görə, bu siyasətin təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. “Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimizin səsi mötəbər beynəlxalq kürsülərdən gəlir. Bütövlükdə gənclər cəmiyyətimizdə aparıcı rol oynayırlar”, - deyən natiq əlavə edib ki, gənclərin fəallığı, onların intellekti, bilik və bacarıqları respublikamızın inkişafına töhfələr verir.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, bu siyasətin hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənpərvərlik nümunəsi göstərən Azərbaycan gəncliyindən söz açaraq əldə olunmuş nailiyyətlərin əhəmiyyətini vurğulayıb.
Konfransda çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Şuşa Humanitar Kollec üzrə 20 saylı ərazi ilk partiya təşkilatının sədri Könül Hüseynova və başqaları ölkəmizdə həyata keçirilən gənclər siyasətinin uğurlarından danışıblar.
Sonra YAP Şuşa rayon təşkilatının Gənclər Birliyinin şurasına 9, İdarə Heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib. Ülvi Heydərov təşkilatın Gənclər Birliyinin sədri, Əmirxan Qarayev və Elmir Rzayev isə sədrin müavinləri seçiliblər.
Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

