YAP Gənclər Birliyi tərəfindən “YAP GB K-2019” adlı kartinq yarışı keçirilib
20.04.2019 [10:21]
Bu il aprelin 26-28-də Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən partiyanın Bakı, Sumqayıt şəhər və Abşeron rayon təşkilatlarının gənclər birlikləri arasında “YAP GB K-2019” adlı kartinq yarışı keçirilib.
Tədbirin açılışında çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Bakıda keçiriləcək “Formula 1” yarışı dünyada populyar idman tədbirlərindən biridir. Onun sözlərinə görə, bu nüfuzlu beynəlxalq idman yarışına dünyada maraq ildən-ilə artır. Bakı şəhərinin bir neçə ildir ki, “Formula 1” Avropa Qran-prisinə ev sahibliyi etdiyini deyən S.Orucov qeyd edib ki, bunun ciddi əsasları var. “Formula 1” yarışlarının keçirilməsi üçün müəyyən şərtlər var. Azərbaycan da bu şərtlərə tam cavab verir. Bu da ondan ibarətdir ki, mötəbər idman tədbirinin keçiriləcəyi ölkədə ictimai-siyasi sabitlik olmalı, eləcə də lazımi idman standartlarına cavab verməlidir. Bilirsiniz ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan sosial-iqtisadi cəhətdən dinamik inkişaf etməklə yanaşı, dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Bu gün ölkəmizdə bütün idman strukturları mövcuddur və beynəlxalq standartlara tam cavab verir”, - deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
S.Orucov YAP Gənclər Birliyi tərəfindən təşkil edilmiş bu kartinq yarışının da Bakıda keçiriləcək “Formula 1” yarışına dəstək xarakteri daşıdığını diqqətə çatdırıb.
Daha sonra püşkatma keçirilib və komandalar 3 qrupda mübarizə aparıblar.
Maraqlı mübarizə şəraitində keçən yarışda birinciliyi YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin komandası qazanıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin komandası 2-ci yeri, YAP Nəsimi və Xəzər rayon təşkilatı gənclər birliklərinin komandaları isə üçüncü yeri bölüşüblər.
Qaliblər kubok və diplomlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53

